Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Biabırçı görüntülərin çəkildiyi məktəbin adı açıqlandı - VİDEO

© Sputnik / Murad OrujovMəktəblilər
Məktəblilər - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Məktəbdə uşaqların etdiklərini əks etdirən görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
BAKI, 26 yanvar — Sputnik. Ötən gün sosial şəbəkədə şagirdlərin dərs vaxtı qeyri-etik hərəkətlər etməsi ilə bağlı yayılan videonun Bakının Xətai rayonu 165 saylı orta məktəbində çəkildiyi məlum olub.
Sputnik Azərbaycan-a bu barədə təhsil üzrə ekspert Kamran Əsədov məlumat verib. O bildirib ki, bununla bağlı araşdırma aparıb. Həmin görüntülərin 165 saylı məktəbdə çəkildiyi üzə çıxıb. Müəllimə qarşı hörmətsiz davranışlara yol verən üç nəfər 9-cu sinif şagirdi polis tərəfindən profilaktik uçota götürülüb. Onlar polisə çağırılaraq, izahatı alınıb. Fakt üzrə araşdırma aparılır.
Təhsil Nazirliyi isə bu görüntülərin Azərbaycan məktəblərində baş vermədiyini bildirmişdi.

Şagirdlər üzr istəyiblər

165 nömrəli tam orta məktəbdən Sputnik Azərbaycan-a verilən məlumatda isə qeyd olunur ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi araşdırma aparıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları valideynlərlə şagirdlərin izahatlarını alıblar. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüblər.
BŞTİ-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda isə bildirilir:
Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi, uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, bir neçə gün öncə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması, digər xoşagəlməz hərəkətlərə yol verməsi əks olunan videogörüntü yayılıb. Yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məlumat üçün bildirək ki, Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbin əsası 1930-cu ildə qoyulub. Əvvəllər məktəbdə tədris ancaq rus dilində aparılıb. Hazırda tədris Azərbaycan və rus dillərində aparılır.
Xatırladaq ki, bir müddət öncə Bakıda məktəbdə müəllimin döyülməsi faktı qeydə alınmışdı. Yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəllimini bir nəfər naməlum şəxsin döydüyünü əks etdirən video paylaşım edilib. Həmin görüntülər üzrə polisin apardığı təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub. Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Xəbər lenti
0