https://sputnik.az/20220126/bas-qerargah-reisi-ran-her-zaman-azerbaycanin-yaninda-olacaq-438524172.html
Baş Qərargah rəisi: "İran hər zaman Azərbaycanın yanında olacaq"
Baş Qərargah rəisi: "İran hər zaman Azərbaycanın yanında olacaq"
Sputnik Azərbaycan
İrann SQ Baş Qərargah rəisi qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T14:52+0400
2022-01-26T14:52+0400
2022-01-26T14:52+0400
iran
hərbi
baş qərargah rəisi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_0:0:3001:1688_1920x0_80_0_0_2750366373f35a1ea63b68b43d7012a7.jpg
BAKI, 26 yanvar — Sputnik. "İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan azad etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq".Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri deyib.M.Baqeri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz: "İran Azərbaycan Prezidentinin regionda "3+3" formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir"."Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq", - deyən general-leytenant M.Baqeri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_202:0:2745:1907_1920x0_80_0_0_ca0c7a016062b5cda6f0955e86298a23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş qərargah rəisi: "iran hər zaman azərbaycanın yanında olacaq"
baş qərargah rəisi: "iran hər zaman azərbaycanın yanında olacaq"
Baş Qərargah rəisi: "İran hər zaman Azərbaycanın yanında olacaq"
İrann SQ Baş Qərargah rəisi qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz.
BAKI, 26 yanvar — Sputnik. "İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan azad etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq".
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri deyib.
O bildirib ki, İran Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlıdır: "Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər".
M.Baqeri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz: "İran Azərbaycan Prezidentinin regionda "3+3" formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir".
"Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq", - deyən general-leytenant M.Baqeri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.