https://sputnik.az/20220126/azerbaycanin-iki-en-boyuk-teatri-baglandi-438528595.html
Azərbaycanın iki ən böyük teatrı bağlandı
Azərbaycanın iki ən böyük teatrı bağlandı
Sputnik Azərbaycan
Azdrama fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul edib. Rus Dram Teatrında isə iki tamaşanın nümayişi... 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T17:12+0400
2022-01-26T17:12+0400
2022-01-26T17:17+0400
teatr
cəmiyyət
azərbaycan dövlət akademik milli dram teatrının aktyoru
rus dram teatrı
akademik milli dram teatrı
azdrama
dövlət akademik milli dram teatrı
s.vurğun adına azərbaycan dövlət rus dram teatrı
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/40929/24/409292427_0:0:2001:1125_1920x0_80_0_0_cb565d30bc0d12a9715885b5b6c36fe6.jpg
BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, qərar aktyorların COVID-19-a yoluxduğu üçün qəbul edilib:“Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.***Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı profilaktik tədbirlərin görülməsi qərara alınıb. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub: "Teatrda çalışan texniki işçilərin, aktyorların böyük bir qismi virusa yoluxub. Hər tamaşa vaxtı 100-lərlə tamaşaçı gəlir, nəticədə də virus artır. Bununla əlaqədar olaraq, 14 günlük fasilə vermişik". Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılıb. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.***Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.Bu barədə Sputnik Azərbaycan-a teatrdan məlumat verilib.Bildirilib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: "Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40929/24/409292427_10:0:1781:1328_1920x0_80_0_0_96ce7bb874456a9581647c07b618611e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iki teatr bağlandı, aktyorlar koronavirusa yoluxublar
iki teatr bağlandı, aktyorlar koronavirusa yoluxublar
Azərbaycanın iki ən böyük teatrı bağlandı
17:12 26.01.2022 (Yenilənib: 17:17 26.01.2022) Azdrama fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul edib. Rus Dram Teatrında isə iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.
BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar aktyorların COVID-19-a yoluxduğu üçün qəbul edilib:
“Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı profilaktik tədbirlərin görülməsi qərara alınıb.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub:
"Teatrda çalışan texniki işçilərin, aktyorların böyük bir qismi virusa yoluxub. Hər tamaşa vaxtı 100-lərlə tamaşaçı gəlir, nəticədə də virus artır. Bununla əlaqədar olaraq, 14 günlük fasilə vermişik".
Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılıb. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə Sputnik Azərbaycan-a teatrdan məlumat verilib.
Bildirilib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb:
"Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".