https://sputnik.az/20220126/azerbaycanda-dini-qurumlar-ianeni-bank-karti-ile-qebul-edecek-438524353.html
Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edəcək
Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edəcək
Sputnik Azərbaycan
Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T17:00+0400
2022-01-26T17:00+0400
2022-01-26T17:00+0400
ianə
azərbaycan xəbərləri
dini qurumlar
dini
"dini etiqad azadlığı haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/42339/63/423396339_0:0:2993:1683_1920x0_80_0_0_ebe16b1c5e44c085651c6e3b6bedd91b.jpg
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər".Digər dəyişikliyə əsasən, Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq.Dəyişikliklə qanun 8-ci maddəsinin VII hissəsi ləğv edilir.Report-un yazdığına görə, qanunun hazırkı variantı belədir: "Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42339/63/423396339_0:0:2667:2000_1920x0_80_0_0_647eef1bdd48afaaf94a3754c48bd8f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təzə qanunla nəziri bank kartı ilə də vermk mümkün olacaq
təzə qanunla nəziri bank kartı ilə də vermk mümkün olacaq
Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edəcək
Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq.
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər".
Digər dəyişikliyə əsasən, Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq.
Dəyişikliklə qanun 8-ci maddəsinin VII hissəsi ləğv edilir.
Report-un yazdığına görə, qanunun hazırkı variantı belədir: "Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır".