https://sputnik.az/20220126/azerbaycan-dasalti-kendinde-ilk-ekshumasiya-isi-aparib-438512460.html
Azərbaycan Daşaltı kəndində ilk ekshumasiya işi aparıb
Azərbaycan Daşaltı kəndində ilk ekshumasiya işi aparıb
Sputnik Azərbaycan
Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə əməliyyat 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T12:00+0400
2022-01-26T12:00+0400
2022-01-26T12:00+0400
daşaltı kəndi
cəmiyyət
məzar
ekshumasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/03/11/426483670_0:0:1960:1103_1920x0_80_0_0_3f910e553e9fdd68e7d2be56667c12eb.jpg
BAKI, 26 yanvar — Sputnik. "Aidiyyəti dövlət qurumları tərəfindən ilk ekshumasiya işi işğaldan azad edilmiş Daşaltı kəndində aparılıb. Qeyd edim ki, 1992-ci ilin yanvar ayının 26-da həyata keçirilmiş uğursuz Daşaltı əməliyyatı zamanı itkin düşmüş 44 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında qeydiyyata alınıb".Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.O qeyd edib ki, ötən ilin fevral ayında Daşaltı kəndində müvafiq axtarış araşdırma işi aparılıb, məhz həmin əməliyyatda həlak olaraq dəfn edilmiş Azərbaycan vətəndaşlarına aid edildiyi bildirilən məzar yeri müəyyən edilərək orada ekshumasiya aparılıb:"Ekshumasiya prosesində Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqları DNT nümunələrinin götürülməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinə təqdim edilib. Meyit qalıqlarından götürülmüş DNT nümunələrindən müvafiq profillər çıxarıldıqdan sonra eyniləşdirmə işinə başlanılacaq".Daşaltı əməliyyatıŞuşanın Daşaltı kəndinin azad olunması məqsədilə əməliyyat 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək, Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, sirrin yayılması, bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər. Ordumuz uğursuz əməliyyatda 90 nəfər itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyatda düşmənin 80 döyüşçüsü məhv edilib.2020-ci ilin sentyabrın 27-dən başlayaraq ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. 2020-ci ilin noyabrın 9-da Silahlı Qüvvələrimiz 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb. Ermənistan rəsmilərinin indiyədək olan məlumatına əsasən, Qarabağda gedən döyüşlərdə məğlubiyyətə uğradılan erməni ordusunun itkilərinin sayı 3 800-dən çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
daşaltı kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/11/426483670_0:0:1532:1149_1920x0_80_0_0_db989cab4bb0eb5aede125504c71cebd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan daşaltı kəndində ilk ekshumasiya işi aparıb
azərbaycan daşaltı kəndində ilk ekshumasiya işi aparıb
Azərbaycan Daşaltı kəndində ilk ekshumasiya işi aparıb
Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə əməliyyat 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
BAKI, 26 yanvar — Sputnik. "Aidiyyəti dövlət qurumları tərəfindən ilk ekshumasiya işi işğaldan azad edilmiş Daşaltı kəndində aparılıb. Qeyd edim ki, 1992-ci ilin yanvar ayının 26-da həyata keçirilmiş uğursuz Daşaltı əməliyyatı zamanı itkin düşmüş 44 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında qeydiyyata alınıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O qeyd edib ki, ötən ilin fevral ayında Daşaltı kəndində müvafiq axtarış araşdırma işi aparılıb, məhz həmin əməliyyatda həlak olaraq dəfn edilmiş Azərbaycan vətəndaşlarına aid edildiyi bildirilən məzar yeri müəyyən edilərək orada ekshumasiya aparılıb:
"Ekshumasiya prosesində Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqları DNT nümunələrinin götürülməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinə təqdim edilib. Meyit qalıqlarından götürülmüş DNT nümunələrindən müvafiq profillər çıxarıldıqdan sonra eyniləşdirmə işinə başlanılacaq".
Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə əməliyyat 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək, Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, sirrin yayılması, bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.
Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər. Ordumuz uğursuz əməliyyatda 90 nəfər itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyatda düşmənin 80 döyüşçüsü məhv edilib.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub.
2020-ci ilin noyabrın 9-da Silahlı Qüvvələrimiz 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.
Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb. Ermənistan rəsmilərinin indiyədək olan məlumatına əsasən, Qarabağda gedən döyüşlərdə məğlubiyyətə uğradılan erməni ordusunun itkilərinin sayı 3 800-dən çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.