CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerli telekanallar HD formatda yayıma keçəcəkmi? - AÇIQLAMA

© pixabay / GadiniTelevizor pultu, arxiv şəkli
Televizor pultu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-nə qədər yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək
BAKI, 25 yanvar — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) "Azerspace-1" telekommunikasiya peykindən yayımlanan yerli televiziya kanallarının yanvarın 28-dən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçməsinə dair açıqlama yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, açıqlamada deyilir ki, bu yenilik Milli Televiziya və Radio Şurası, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos"), "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.
Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-nə qədər yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası "MPEG-2" sıxlaşdırma metodundan "MPEG-4" sıxlaşdırma metoduna keçiriləcək.
HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.
Yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.
Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Özəl telekanalların hesabına milyonlarla vəsait köçürülüb
Radioda işləmək istəyənlərin nəzərinə - yeni radio açılır
Peyk televiziya yayımında dəyişiklik olacaq
Xəbər lenti
0