Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şuşada nə baş verir?

© Sputnik / Murad OrujovŞuşada qala divarları, arxiv şəkli
Şuşada qala divarları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur.
BAKI, 25 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə "Şuşa mədəniyyətinin inciləri" adlı layihəyə start verir.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq.
Bura "Şuşanın memarlıq salnaməsi", "Azərbaycan musiqisinin məbədi – Şuşa", "Muğam ocağı – Şuşa", "Qarabağ xalçaçılıq məktəbi – Şuşa", "Şuşanın ədəbi həyatı", "Şuşanın simaları", "Şuşa milli geyim üslubu" daxildir.
Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi "Facebook", "Instagram" və "Twitter" səhifələrində yayımlanacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkədə "Şuşa İli" elan olunub.
Xəbər lenti
0