FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qar anomaliyası: Türkiyə və Yunanıstan "ağ kabus"un cəngində

Abunə olmaq
Çoxdan gözlənilən qarın yağması bəzilərini sevindirir, onlar qartopu oynayır, qardan adam düzəldirlər, digər tərəfdən, bəzi insanlar da qaranlıqda oturmalı və ya maşınlarını qar yığının altından çıxarmalı olublar. Ətraflı – fotolarda.
Yunanıstan hökuməti ölkəni iflic vəziyyətinə gətirən güclü qar yağması səbəbindən yanvarın 24-nü qeyri-iş günü elan edib. İstanbul şəhər rəhbərliyi isə eyni səbəbdən meqapolisdə fərdi avtomobillərin istifadəsinə qadağa qoyub.
© Sputnik / Виталий Тимкив / Mediabanka keçid

Kommunal xidmət əməkdaşı Krasnodarın II Yekaterina adına beynəlxalq aeroportunda qar təmizləyir.

Kommunal xidmət əməkdaşı Krasnodarın II Yekaterina adına beynəlxalq aeroportunda qar təmizləyir. - Sputnik Azərbaycan
1/16

Kommunal xidmət əməkdaşı Krasnodarın II Yekaterina adına beynəlxalq aeroportunda qar təmizləyir.

© Sputnik / Виталий Тимкив / Mediabanka keçid

Krasnodarın II Yekaterina adına beynəlxalq aeroportunda sərnişin təyyarələri. Həddən artıq qar yağması və güclü külək nəticəsində bu şəhərin hava limanı yanvarın 24-ü günorta saatlarına kimi bağlanıb ki, uçuş zolaqları qardan təmizlənsin və təyyarələr buzlanmaya qarşı tədbirlərə cəlb olunsun.

Krasnodarın II Yekaterina adına beynəlxalq aeroportunda sərnişin təyyarələri. Həddən artıq qar yağması və güclü külək nəticəsində bu şəhərin hava limanı yanvarın 24-ü günorta saatlarına kimi bağlanıb ki, uçuş zolaqları qardan təmizlənsin və təyyarələr buzlanmaya qarşı tədbirlərə cəlb olunsun. - Sputnik Azərbaycan
2/16

Krasnodarın II Yekaterina adına beynəlxalq aeroportunda sərnişin təyyarələri. Həddən artıq qar yağması və güclü külək nəticəsində bu şəhərin hava limanı yanvarın 24-ü günorta saatlarına kimi bağlanıb ki, uçuş zolaqları qardan təmizlənsin və təyyarələr buzlanmaya qarşı tədbirlərə cəlb olunsun.

© Sputnik / Артур Лебедев / Mediabanka keçid

Soçidəki tropik bitkilər qara qərq olub. Şəhərin mərkəzinə də güclü qar yağıb.

Soçidəki tropik bitkilər qara qərq olub. Şəhərin mərkəzinə də güclü qar yağıb. - Sputnik Azərbaycan
3/16

Soçidəki tropik bitkilər qara qərq olub. Şəhərin mərkəzinə də güclü qar yağıb.

© Sputnik / Артур Лебедев / Mediabanka keçid

Soçinin qarlı sahilində yoldan keçən adamlar.

Soçinin qarlı sahilində yoldan keçən adamlar.  - Sputnik Azərbaycan
4/16

Soçinin qarlı sahilində yoldan keçən adamlar.

© AFP 2024 / YASIN AKGUL

Güclü qar Türkiyəni də ağuşuna alıb.

Güclü qar Türkiyəni də ağuşuna alıb. - Sputnik Azərbaycan
5/16

Güclü qar Türkiyəni də ağuşuna alıb.

© AFP 2024 / ADEM ALTAN

Güclü külək və qar Türkiyənin İstanbul şəhərini fəlakət zonasına çevirib.

Güclü külək və qar Türkiyənin İstanbul şəhərini fəlakət zonasına çevirib. - Sputnik Azərbaycan
6/16

Güclü külək və qar Türkiyənin İstanbul şəhərini fəlakət zonasına çevirib.

© AFP 2024 / YASIN AKGUL

Uşaqlara isə qar sevinc gətirib, onlar qarın üstündə sürüşüb əylənirlər.

Uşaqlara isə qar sevinc gətirib, onlar qarın üstündə sürüşüb əylənirlər.  - Sputnik Azərbaycan
7/16

Uşaqlara isə qar sevinc gətirib, onlar qarın üstündə sürüşüb əylənirlər.

© REUTERS / UMIT BEKTAS

Adamlar İstanbulun qarlı sahillərində gəzintiyə çıxıblar.

Adamlar İstanbulun qarlı sahillərində gəzintiyə çıxıblar.  - Sputnik Azərbaycan
8/16

Adamlar İstanbulun qarlı sahillərində gəzintiyə çıxıblar.

© AP Photo / Thanassis Stavrakis

Afinanın şimalındakı Agios-Stefanosda adamlar güclü qar yağışı altında hərəkət edirlər. Hidrometeoroloqların proqnozlarına görə, Yunanıstanda qarlı hava yanvarın 25-nə kimi davam edəcək.

Afinanın şimalındakı Agios-Stefanosda adamlar güclü qar yağışı altında hərəkət edirlər. Hidrometeoroloqların proqnozlarına görə, Yunanıstanda qarlı hava yanvarın 25-nə kimi davam edəcək. - Sputnik Azərbaycan
9/16

Afinanın şimalındakı Agios-Stefanosda adamlar güclü qar yağışı altında hərəkət edirlər. Hidrometeoroloqların proqnozlarına görə, Yunanıstanda qarlı hava yanvarın 25-nə kimi davam edəcək.

© AFP 2024 / ARIS MESSINIS

Yunanıstandakı avtomobil magistralının yol ayrıcında polis maşını.

Yunanıstandakı avtomobil magistralının yol ayrıcında polis maşını. - Sputnik Azərbaycan
10/16

Yunanıstandakı avtomobil magistralının yol ayrıcında polis maşını.

© AFP 2024 / LOUISA GOULIAMAKI

Afina parlament binası qarşısındakı qar adamı.

Afina parlament binası qarşısındakı qar adamı. - Sputnik Azərbaycan
11/16

Afina parlament binası qarşısındakı qar adamı.

© REUTERS / COSTAS BALTAS

Qadınlar Yunanıstanın qarlı çimərliyində dənizdən çıxırlar.

Qadınlar Yunanıstanın qarlı çimərliyində dənizdən çıxırlar. - Sputnik Azərbaycan
12/16

Qadınlar Yunanıstanın qarlı çimərliyində dənizdən çıxırlar.

© REUTERS / LOUIZA VRADI

Yunanıstan sakinləri Afinadakı Adrian darvazasının qarşısında qardan ləzzət alırlar.

Yunanıstan sakinləri Afinadakı Adrian darvazasının qarşısında qardan ləzzət alırlar. - Sputnik Azərbaycan
13/16

Yunanıstan sakinləri Afinadakı Adrian darvazasının qarşısında qardan ləzzət alırlar.

© REUTERS / COSTAS BALTAS

Yunanıstanın Alimos çimərliyində dənizə baxan qadın.

Yunanıstanın Alimos çimərliyində dənizə baxan qadın. - Sputnik Azərbaycan
14/16

Yunanıstanın Alimos çimərliyində dənizə baxan qadın.

© AP Photo / Ghaith Alsayed

Suriyalı uşaqlar Hələbin şimalındakı Afrin qaçqın düşərgəsində.

Suriyalı uşaqlar Hələbin şimalındakı Afrin qaçqın düşərgəsində. - Sputnik Azərbaycan
15/16

Suriyalı uşaqlar Hələbin şimalındakı Afrin qaçqın düşərgəsində.

© AFP 2024 / AAREF WATAD

Hələbin şimalındakı Afrin bölgəsində Midaneka gölünün sahilində qarla örtülmüş bağlar.

Hələbin şimalındakı Afrin bölgəsində Midaneka gölünün sahilində qarla örtülmüş bağlar. - Sputnik Azərbaycan
16/16

Hələbin şimalındakı Afrin bölgəsində Midaneka gölünün sahilində qarla örtülmüş bağlar.

Rusiya Energetika Nazirliyindən bildirilib ki, yağışlı qar və külək səbəbindən Krasnodar diyarı və Adıgey Respublikasında 33 mindən çox insan elektrik enerjisindən məhrum olub.
Kubanın paytaxtına şənbə günündən bəri güclü qar yağmağa başlayıb, Krasnodar Beynəlxalq Hava Limanı bir neçə dəfə öz işini dayandırıb, sonuncu dəfə bazar ertəsi səhər saatlarına qədər uçuşlar təxirə salınıb.
Artıq üçüncü gündür ki, bölgədə, Kuban və Adıgeyin mərkəzi rayonlarında sulu qar şəklində güclü yağıntılar və cənubda güclü küləklə müşayiət olunan leysan yağışlar ara vermir. Sinoptiklərin məlumatına görə, Krasnodar və onun ətraf ərazilərində bütün meteoroloji müşahidələr tarixində yağıntı səviyyəsinə görə rekord qeydə alınıb – qarın qalınlığı 41 santimetrə bərabər olub. Dağlıq bölgələrdə isə (Tuapsinks) qar yığınlarının hündürlüyü iki metrə çatıb.
Əlverişsiz hava şəraiti səbəbindən minlərlə sərnişin İstanbul Hava Limanında qalıb. Güclü qar yağması nəticəsində hava limanında bütün uçuşlar təxirə salınıb, aeroporta gedən yollar bağlanıb.
Hava limanının rəhbərliyi bildirib ki, uçuş-enmə zolağındakı təyyarələrdə qalan sərnişinlərin təxliyəsi həyata keçirilib. Onların hamısı hava limanının terminalına çatdırılıb. Bundan başqa, bazar ertəsi səhər saatlarında güclü külək nəticəsində İstanbul hava limanının yük terminalının damı uçub, nəticədə xəsarət alan olmayıb.
Bir qədər əvvəl İstanbul şəhər rəhbərliyi Bosfor bozağında nəqliyyatın hərəkətini müvəqqəti dayandırmışdı. Bu qərarın verilməsinə səbəb yağan güclü qarın görüntünü pisləşdirməsi olub.
Çərşənbə axşamı Türkiyənin cənubundakı Antalya kurort şəhərinə son 29 ildə ilk dəfə qar yağıb.
Güclü qar yağması səbəbindən Yunanıstanda həyat iflic olub: bəzi ərazilər işıqsız qalıb, yanğınsöndürənlər, polis və hərbçilər kommunal xidmət işçilərinə köməyə göndərilib. Demək olar ki, bütün avtomobillər yay təkərlərində olduğundan, yollarda kilometrlərlə tıxac yaranıb.
Bazar ertəsi günü Yunanıstan güclü "Elpis" ("Ümid") siklonuna məruz qalıb ki, bu da özünü güclü qar yağması və temperaturun aşağı düşməsində göstərib. Ağac gövdələrinin və budaqlarının aşması nəticəsində naqillər qırılıb və Afinanın onlarla rayonu, eləcə də şəhərətrafı qəsəbələr işıqsız və internetsiz qalıb. Qəzaların aradan qaldırılması üçün onlarla texniki işçi əraziyə göndərilsə də, hələ də problemi aradan qaldırmaq mümkün olmayıb.
Çərşənbə axşamı ölkədə qeyri-iş günü elan olunub. Bir sıra rayonlarda uşaq bağçaları və məktəblər işləməyəcək, yalnız ərzaq mağazaları və apteklər fəaliyyət göstərəcək. Hidrometeoroloqlar pis hava şəraitinin çərşənbə gününə qədər davam edəcəyini bildiriblər.
Güclü qar yağması ucbatından "Attiki Odos" magistral yolunda 5 min sürücü hərəkətsiz qalıb, onların əksəriyyəti 12 saatdan çoxdur ki, "qar tələ"sindən qurtula bilmir.
Xəbər lenti
0