https://sputnik.az/20220125/lham-eliyev-ranin-yol-ve-sehersalma-naziri-ile-ne-danisdi--438478128.html
İlham Əliyev İranın yol və şəhərsalma naziri ilə nə danışdı? Təfərrüatlar
İlham Əliyev İranın yol və şəhərsalma naziri ilə nə danışdı? Təfərrüatlar
Sputnik Azərbaycan
Prezident Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri, İranın yol və şəhərsalma naziri, Rüstəm Qasiminin başçılıq etdiyi... 25.01.2022, Sputnik Azərbaycan
2022-01-25T15:15+0400
2022-01-25T15:15+0400
2022-01-25T15:17+0400
prezident ilham əliyev
siyasət
iran
ibrahim rəisi
rəisi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438475594_0:192:2959:1856_1920x0_80_0_0_4134d55073aaca240d4643efba735986.jpg
BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.Prezidentin rəsmi saytı xəbər verir ki, iranlı naziri salamlayan Prezident İlham Əliyev onun Azərbaycana səfərini azad edilmiş torpaqlardan başlamasına şad olduğunu bildirib. Ermənistandan müsbət xəbərlər alırıqPrezidenti deyib: "Siz dünən İrandan birbaşa Füzuliyə, Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəlmisiniz, həm Füzulidə, həm Zəngilanda olmusunuz və biz bunu çox yüksək qiyməytləndiririk. Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik. Siz azad edilmiş torpaqlarda olan dağıntıları dünən öz gözlərinizlə görmüsünüz. Ermənistan işğal dövründə bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər. Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir. Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi – bütün bu və digər məsələlər dünən Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində əlbəttə ki, prioritetlər sırasında olacaq. Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir".Rəisi Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədirİran Prezidenti İbrahim Rəisinin səmimi salamlarını çatdırın nazir Rüstəm Qasimi isə öz növbəsində deyib ki, Azərbaycan və İran prezidentləri arasında keçirilən görüş iki ölkə münasibətlərində yeni bir səhifə yaradacaq:"Biz dünən azad edilmiş əraziləri gördük, orada aparılan quruculuq və yenidənqurma işləri ilə yerində tanış olduq. Ümid edirəm ki, bu gün cənab Şahin Mustafayevlə və eləcə də Azərbaycan Respublikasının digər nazirləri ilə keçirəcəyim görüşlərdə iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacağıq. Onüçüncü hökumət, yəni, cənab İbrahim Rəisinin prezidentliyi dövründə dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir". Prezident İlham Əliyev İran dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib. Söhbət zamanı ikitərəfli əlaqələrə dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Qeyd edək ki, ötən gün İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilk olaraq Azərbaycanın Füzuli şəhərinə səfər etmişdi.Xatırladaq ki, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tamamlanması ilə bağlı Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrasının gedişinin müzakirəsi məqsədilə 2022-ci il 18-19 yanvar tarixlərində "Qız Qalası" hidroqovşağında Komissiyanın Azərbaycan və İran tərəfindən üzvlərinin görüşü keçirilib.Bildirilib ki, Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişə uyğun olaraq, icrası yekunlaşdırılmış və bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb, gündəlikdə duran məsələlər üzrə razılıqlar əldə edilib.Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə tələbatının ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malik olan "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su elektrik stansiyalarının inşası prosesinin sürətləndirilməsi üçün səylərin artırılması qərara alınıb.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438475594_114:0:2845:2048_1920x0_80_0_0_a120cbab75db7541e6ba923f2ab2f8ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilham əliyev rüstəm qasimiyə nə deyib
ilham əliyev rüstəm qasimiyə nə deyib
İlham Əliyev İranın yol və şəhərsalma naziri ilə nə danışdı? Təfərrüatlar
15:15 25.01.2022 (Yenilənib: 15:17 25.01.2022) Prezident Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri, İranın yol və şəhərsalma naziri, Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.
Prezidentin rəsmi saytı xəbər verir ki, iranlı naziri salamlayan Prezident İlham Əliyev onun Azərbaycana səfərini azad edilmiş torpaqlardan başlamasına şad olduğunu bildirib.
Ermənistandan müsbət xəbərlər alırıq
"Siz dünən İrandan birbaşa Füzuliyə, Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəlmisiniz, həm Füzulidə, həm Zəngilanda olmusunuz və biz bunu çox yüksək qiyməytləndiririk. Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək.
Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik. Siz azad edilmiş torpaqlarda olan dağıntıları dünən öz gözlərinizlə görmüsünüz. Ermənistan işğal dövründə bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir.
Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər. Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq.
Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir. Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi – bütün bu və digər məsələlər dünən Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində əlbəttə ki, prioritetlər sırasında olacaq.
Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir".
Rəisi Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir
İran Prezidenti İbrahim Rəisinin səmimi salamlarını çatdırın nazir Rüstəm Qasimi isə öz növbəsində deyib ki, Azərbaycan və İran prezidentləri arasında keçirilən görüş iki ölkə münasibətlərində yeni bir səhifə yaradacaq:
"Biz dünən azad edilmiş əraziləri gördük, orada aparılan quruculuq və yenidənqurma işləri ilə yerində tanış olduq. Ümid edirəm ki, bu gün cənab Şahin Mustafayevlə və eləcə də Azərbaycan Respublikasının digər nazirləri ilə keçirəcəyim görüşlərdə iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacağıq. Onüçüncü hökumət, yəni, cənab İbrahim Rəisinin prezidentliyi dövründə dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir".
Prezident İlham Əliyev İran dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib. Söhbət zamanı ikitərəfli əlaqələrə dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, ötən gün İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilk olaraq Azərbaycanın Füzuli şəhərinə səfər etmişdi.
Xatırladaq ki, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tamamlanması ilə bağlı Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrasının gedişinin müzakirəsi məqsədilə 2022-ci il 18-19 yanvar tarixlərində "Qız Qalası" hidroqovşağında Komissiyanın Azərbaycan və İran tərəfindən üzvlərinin görüşü keçirilib.
Bildirilib ki, Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişə uyğun olaraq, icrası yekunlaşdırılmış və bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb, gündəlikdə duran məsələlər üzrə razılıqlar əldə edilib.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə tələbatının ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malik olan "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su elektrik stansiyalarının inşası prosesinin sürətləndirilməsi üçün səylərin artırılması qərara alınıb.