https://sputnik.az/20220125/leninqradi-mudafie-eden-azerbaycanlilarin-xatiresi-ebedilesdirilecek-438504202.html
Leninqradı müdafiə edən azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək
Leninqradı müdafiə edən azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək
Sputnik Azərbaycan
Bakıda ilk kosmonavt Yuri Qaqarinin büstünün qoyulması imkanının nəzərdən keçirilir.
2022-01-25T21:52+0400
2022-01-25T21:52+0400
2022-01-26T10:05+0400
rusiya
azərbaycanlı
xatirə
müdafiə
leninqrad
https://cdnn1.img.sputnik.az/img/41827/58/418275825_0:0:3105:1748_1920x0_80_0_0_209b2573ffb53d0e790fa5ba68f63fe5.jpg
BAKI, 25 yanvar - Sputnik. Sankt-Peterburq qubernatoru Aleksandra Beqlov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, görüşdə iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.A.Beqlov xatırladıb ki, bir neçə gündən sonra, yanvarın 27-də Leninqradın faşist blokadasından tam azad edilməsinin 78-ci ildönümü qeyd olunacaq. Qubernator qeyd edib ki, müharibə zamanı azərbaycanlılar Sovet İttifaqının digər xalqlarının nümayəndələri kimi Leninqradın müdafiəsinə qalxıblar.Aleksandra Beqlov Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində vuruşmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsini təklif edib. Onun sözlrinə görə, belə bir abidə Sankt-Peterburqun Azərbaycan xalqına minnətdarlığının əlaməti olacaq.Sankt-Peterburq qubernatoru həmçinin bildirib ki, 2020-ci ilin dekabrında Vıborqski rayonundakı meydana bəstəkar Üzeyir Hacıbəyovun adı verilib. Bundan başqa, qubernator Bakıda ilk kosmonavt Yuri Qaqarinin büstünün qoyulması imkanının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib.Görüşdə səfir Polad Bülbül oğlu bildirib ki, Azərbaycan tərəfi Sankt-Peterburqla iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində uzunmüddətli sazişin bağlanmasında maraqlıdır.Anar Ələkbərov isə öz növbəsində vurğulayıb ki, Heydər Əliyev Fondu 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində bir sıra gənclər forumlarının keçirməyi planlaşdırır. O, Sankt-Peterburq gənclərini mart ayında baş tutacaq forumlarda iştirak etməyə dəvət edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:“Get, mənim aslan balam” – Müharibə veteranı cəbhəyə göndərildiyi ilk günü xatırlayır"Bakının müdafiəsi etibarlı əllərdədir" - 95 yaşlı canlı əfsanəBöyük Vətən və II Dünya müharibələrində Azərbaycan hansı rolu oynayıb
leninqrad
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41827/58/418275825_0:0:2731:2048_1920x0_80_0_0_068f2f48fe24088ae4d4f714a1588912.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
leninqradı müdafiə edən azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək
leninqradı müdafiə edən azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək
Leninqradı müdafiə edən azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək
21:52 25.01.2022 (Yenilənib: 10:05 26.01.2022) Sankt-Peterburq qubernatoru həmçinin bildirib ki, 2020-ci ilin dekabrında Vıborqski rayonundakı meydana bəstəkar Üzeyir Hacıbəyovun adı verilib.
BAKI, 25 yanvar - Sputnik. Sankt-Peterburq qubernatoru
Aleksandra Beqlov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri
Polad Bülbül oğlu və Azərbaycan Prezidentinin köməkçisi,
Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərov ilə görüşüb.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, görüşdə iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
A.Beqlov xatırladıb ki, bir neçə gündən sonra, yanvarın 27-də Leninqradın faşist blokadasından tam azad edilməsinin 78-ci ildönümü qeyd olunacaq. Qubernator qeyd edib ki, müharibə zamanı azərbaycanlılar Sovet İttifaqının digər xalqlarının nümayəndələri kimi Leninqradın müdafiəsinə qalxıblar.
Aleksandra Beqlov Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində vuruşmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsini təklif edib. Onun sözlrinə görə, belə bir abidə Sankt-Peterburqun Azərbaycan xalqına minnətdarlığının əlaməti olacaq.
Sankt-Peterburq qubernatoru həmçinin bildirib ki, 2020-ci ilin dekabrında Vıborqski rayonundakı meydana bəstəkar Üzeyir Hacıbəyovun adı verilib. Bundan başqa, qubernator Bakıda ilk kosmonavt Yuri Qaqarinin büstünün qoyulması imkanının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib.
Görüşdə səfir Polad Bülbül oğlu bildirib ki, Azərbaycan tərəfi Sankt-Peterburqla iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində uzunmüddətli sazişin bağlanmasında maraqlıdır.
Anar Ələkbərov isə öz növbəsində vurğulayıb ki, Heydər Əliyev Fondu 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində bir sıra gənclər forumlarının keçirməyi planlaşdırır. O, Sankt-Peterburq gənclərini mart ayında baş tutacaq forumlarda iştirak etməyə dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.