CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakının müdafiəsi etibarlı əllərdədir" - 95 yaşlı canlı əfsanə

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidНаграды ветерана Великой Отечественной войны, фото из архива
Награды ветерана Великой Отечественной войны, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi komandirlər məktəbində oxuyan Eyvaz Eyvazovun xidmət etdiyi hissə 1944-cü ildə xüsusi tapşırıqla Bakıya dönüb. Burada Eyvaz baba gələcək həyat yoldaşı, Azərbaycanın ilk təyyarəçi qadınlarından olan Ziba Dadaşova ilə tanış olub

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Faşizm üzərində qələbədən 75 il ötür. Böyük Vətən Müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Bu illərdə qəhrəmanlığına görə seçilənlər də az olmayıb.

Böyük Vətən Müharibəsində iştirak edən Eyvaz Eyvazov da canlı əfsanələrdəndir. Şəxsiyyət vəsiqəsində doğum tarixi 25 yanvar 1925-ci il qeyd olunsa da, Eyvaz Eyvazov 1922-ci ildə dünyaya gəldiyini deyir. Əslində yaşı 98 olan Eyvaz baba pandemiyanın, ölkədə karantin rejiminin olmasına baxmayaraq diqqətdən kənarda qalmayıb. Bu barədə babanın oğlu Çingiz Eyvazov Sputnik Azərbaycan-a danışarkən deyib. Hərbi komissarlıq və yerli icra orqanının əməkdaşları ona baş çəkərək sevindiriblər. Bundan başqa, Eyvaz babaya Rusiya Federasiyasının “Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı təqdim olunub.

© Sputnik / Nigar IskanderovaEyvaz Eyvazov
Bakının müdafiəsi etibarlı əllərdədir - 95 yaşlı canlı əfsanə - Sputnik Azərbaycan
Eyvaz Eyvazov

Çingiz Eyvazovla atasının keşməkeşli cəbhə yolundan danışdıq: "Atam Lənkəranın Veravul kəndində anadan olub. O, 18 yaşında, 1943-cü ildə orduya çağırılıb. Akim Abbasovun komandir olduğu diviziyanın tərkibində döyüşüb. Daha sonra Qroznı şəhərinə göndərilib, xidmət etdiyi 402 saylı atıcı diviziya bu şəhərin müdafiə xəttində yerləşdirilib və müharibə zamanı çox böyük önəm daşıyan neftin alman faşistlərindən müdafiəsini həyata keçirdib. Atam hücum əməliyyatlarında bir neçə yaşayış məntəqəsinin - Otraşnikovo, Staro-Buxirovo, Şirkutovskoye, Xoxlatski, Smirnovka, Poti-Onin, Sbornı, Naydyonovski və Mozdok şəhərinin azad olunmasında iştirak edib. Bu döyüşlər nəticəsində diviziyanın şəxsi heyəti yarıdan çox azalıb".

© Sputnik / Nigar IskanderovaEyvaz Eyvazov
Bakının müdafiəsi etibarlı əllərdədir - 95 yaşlı canlı əfsanə - Sputnik Azərbaycan
Eyvaz Eyvazov

Onun sözlərinə görə, hərbi qərargahın əmri ilə 416-cı diviziyanın tərkibi 402-cı diviziyanın şəxsi heyəti ilə tənzimlənib və 402-ci atıcı diviziya Qafqaz cəbhəsinin rezervində olub.

Hərbi komandirlər məktəbində oxuyan Eyvaz Eyvazovun xidmət etdiyi hissə 1944-cü ildə xüsusi tapşırıqla Bakıya dönüb. Burada Eyvaz baba gələcək həyat yoldaşı, Azərbaycanın ilk təyyarəçi qadınlarından olan Ziba Dadaşova ilə tanış olub. Eyvaz Eyvazov müharibədən sonrakı həyatını da ordu ilə bağlayıb, təqaüdə çıxanadək xidmət edib.

© Sputnik / Nigar IskanderovaZiba Dadaşova
Bakının müdafiəsi etibarlı əllərdədir - 95 yaşlı canlı əfsanə - Sputnik Azərbaycan
Ziba Dadaşova

Həyat yoldaşı Ziba Dadaşova da Azərbaycan tarixinin nadirlərindəndir. O, 1921-ci ildə Saray qəsəbəsində anadan olub. Azərbaycanın ilk paraşütçü qadınlarından biri, Böyük Vətən Müharibəsinin iştirakçısı olub: "Anam 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıda aerokluba üzv yazılaraq oranı müvəffəqiyyətlə bitirib. Müharibə başlayanda anam Saransk Aviasiya Məktəbində təhsil alırdı. O, Leyla Seyidməmmədova, Zərifə Qasımova, Hüseynbala Əliyev kimi cəsur şahinlərlə oxuyub. Vətən müharibəsində o, Bakının hava məkanını faşist işğalçılarından müdafiə edən zenit qoşunlarında xidmət edib, Qafqazın müdafiəsində iştirak edib".

Həmin vaxt Azərbaycan vətəndaşlarına müraciətdə yazılırdı: “SSRİ-nin əsas cəbbəxanası olan Bakının müdafiəsi etibarlı əllərdədir. Şəhərin havadan müdafiə “çəpəri” xüsusi təlim keçmiş qırıcı aviadəstələr hesabına gücləndirilib. Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, o cümlədən Ziba Dadaşova, Zərifə Qasımova kimi cəsur qızlarımız uçurlar”.

© Sputnik / Nigar IskanderovaZiba Dadaşova
Bakının müdafiəsi etibarlı əllərdədir - 95 yaşlı canlı əfsanə - Sputnik Azərbaycan
Ziba Dadaşova

Ziba Dadaşova 1950-ci ildə Eyvaz Eyvazovla ailə həyatı qurub. Cütlüyün 5 övladı dünyaya gəlib. Hazırda isə Eyvaz babanın 10 nəvəsi, 15 nəticəsi və 1 kötükcəsi var. Ziba Dadaşova “Almaniya üzərində qələbəyə görə”, “Qafqazın müdafisəsinə görə”, “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilib: "Anam həmçinin çoxsaylı paraşütdən tullanmaya görə döş nişanı ilə təltif olunub. O, 2003-cü ildə dünyasını dəyişib".

© Sputnik / Nigar IskanderovaEyvaz Eyvazovun mükafatı
Bakının müdafiəsi etibarlı əllərdədir - 95 yaşlı canlı əfsanə - Sputnik Azərbaycan
Eyvaz Eyvazovun mükafatı

"Hələ o illərdə anam və atam qəhrəmanlığa görə bir çox medallarla təltif olunublar. Yaxın günlərdə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının da təqdim olunması nəzərdə tutulur", - deyə həmsöhbətimiz əlavə edib.

Xəbər lenti
0