https://sputnik.az/20220125/haci-zeynalabdin-tagiyevin-heykeline-zerer-vuranlar-hebsde-yatacaqlar-438486256.html
Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlar həbsdə yatacaqlar
Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlar həbsdə yatacaqlar
Sputnik Azərbaycan
Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama maddələri ilə günahlandırılan şəxslərlə bağlı istintaq materilları yekunlaşandan sonra baxılması... 25.01.2022, Sputnik Azərbaycan
2022-01-25T15:46+0400
2022-01-25T15:46+0400
2022-01-25T15:46+0400
hacı zeynalabdin tağıyev
azərbaycan xəbərləri
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438263058_0:123:3206:1926_1920x0_80_0_0_87801d1c8d0501916a90bc5bc8621cb7.jpg
BAKI, 25 yanvar — Sputnik. Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs ediliblər. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, əməli törətməkdə təqsirləndirilən şəxslər - 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanan materiallar baxılması üçün məhkəməyə göndəriləcək.Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib.Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Lakin, həmin gecə saatlarında heykəl zədələnib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438263058_238:0:2969:2048_1920x0_80_0_0_16f72d135be795dd53d3652712629c0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tağıyevin təsbehini qıranlar həbsxanaya atıldılar
tağıyevin təsbehini qıranlar həbsxanaya atıldılar
Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlar həbsdə yatacaqlar
Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama maddələri ilə günahlandırılan şəxslərlə bağlı istintaq materilları yekunlaşandan sonra baxılması üçün məhkəməyə göndəriləcək.
BAKI, 25 yanvar — Sputnik. Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs ediliblər. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, əməli törətməkdə təqsirləndirilən şəxslər - 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.
Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanan materiallar baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib.
Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Lakin, həmin gecə saatlarında heykəl zədələnib.