Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda problemli kredit həcmi azalıb

© AFP 2023 / ADEM ALTANBank əməkdaşları, arxiv şəkli
Bank əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Problemli kreditlərin ümumi portfeldəki payı dekabr ayı ərzində 0,5 faiz bəndi azalıb.
BAKI, 25 yanvar — Sputnik. Cari ilin yanvarın 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 719,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 8,5% azalıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) Sputnik Azərbaycan-a verilən məlumata görə, illik müqayisədə problemli kreditlərin həcmi 19,4% azalıb.
Problemli kreditlərin ümumi portfeldəki payı dekabr ayı ərzində 0,5 faiz bəndi, illik müqayisədə 1,9 faiz bəndi azalaraq 4,2% təşkil edib.
Kredit ittifaqı hər bir borcalan haqda məlumatı ən azı bir kredit bürosuna, eləcə də Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir. Bu məsələ "Kredit ittifaqları haqqında" qanuna təklif edilən yeni 15.1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" qanun ilə tənzimlənəcək.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, kredit ittifaqları üçün yeni cərimə müəyyənləşib. Belə ki, kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə, yaxud kredit bürosuna "Kredit ittifaqları" və "Kredit büroları" haqda qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimə müəyyənləşib.
Sənədə əsasən, belə hallarda vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0