https://sputnik.az/20220124/seherdaxili-hereket-plani-hazirlanacaq---esedov-qerar-imzaladi-438457839.html
Şəhərdaxili hərəkət planı hazırlanacaq - Əsədov qərar imzaladı
Şəhərdaxili hərəkət planı hazırlanacaq - Əsədov qərar imzaladı
Sputnik Azərbaycan
Yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən plan altı ay müddətində təqdim olunmalıdır. 24.01.2022, Sputnik Azərbaycan
2022-01-24T19:15+0400
2022-01-24T19:15+0400
2022-01-24T19:15+0400
cəmiyyət
şəhər
hərəkət
plan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/01/425615933_0:0:1231:692_1920x0_80_0_0_1b910b4e40d3a5b4555152077034fd46.jpg
BAKI, 24 yanvar - Sputnik. Baş nazir Əli Əsədov “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi barədə qərar imzalayıb.Qərara əsasən, ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.Şəhərdaxili hərəkət (mobillik) planının məzmunuMobillik planı hazırlanarkən aşağıdakılar nəzərdə tutulmalıdır:- ümumi istifadədə olan nəqliyyatın inkişafının prioritet olaraq müəyyənləşdirilməsi və əhalinin nəqliyyata əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;- ictimai sərnişin nəqliyyatının ən yaxın dayanacaqlarına qədər piyada gediş məsafəsinin müəyyənləşdirilməsi;- ümumi istifadədə olan nəqliyyatın cəlbediciliyinin artırılması və ya qorunub saxlanılması məqsədilə gediş-gəliş üçün vaxt sərfinin azaldılması istiqamətinə dair tədbirlər;- ümumi istifadədə olan nəqliyyatın digər növlərinə (metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar və taksilər) keçidlərin və şəhər ərazisində ümumi istifadədə olan nəqliyyatın təşkilinin nəqliyyat mübadilə mərkəzlərindən planlaşdırılması;- ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolaqları;- müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və yol infrastrukturuna uyğun olaraq optimallaşdırılması;- şəhər ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarının, taksi duracaqlarının və parklanma yerlərinin optimallaşdırılması;- ümumşəhər mərkəzində, mövcud yaşayış, sənaye və istirahət zonalarının mərkəzlərində və gündəlik istifadə olunan ticarət, məişət və digər növ xidmət sahələrinin fəaliyyət göstərdiyi ərazilərdə bu Qaydada nəzərdə tutulan piyada infrastrukturunun və velosiped yollarının təşkilinin və əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;- nəqliyyat vasitələrinin və piyadaların hərəkət təhlükəsizliyinin nəqliyyat axınının nizamlanması vasitələrindən və xüsusi texniki avadanlıqlardan istifadə edilməklə təmin olunmasına dair tədbirlər;- fövqəladə hallar və təcili xidmətlər üçün nəqliyyat idarəetmə tədbirləri;- logistika fəaliyyətlərinin və yük axınlarının idarə olunmasına dair tədbirlər;- avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi ilə bağlı tədbirlər;- yük terminallarının, şəhərlərin girişlərində yük və sərnişinlər üçün mərkəzlərin (anbar, qovşaq, keçid stansiyaları və s.) planlaşdırılması ilə bağlı tədbirlər;- küçə və yollardan səmərəli istifadə ilə bağlı tədbirlər;- nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin inkişaf sxemi;- küçə və yolların təsnifatı, hərəkətin əsas xarakteristikası;- metro və tramvay depolarının, avtobus parklarının, iri qarajların və minik avtomobillərinin dayanacaq və duracaq yerləri;- yol-nəqliyyat qurğuları (körpülər, yolötürücüləri, tunellər və s.);- ümumi istifadədə olan nəqliyyatın marşrut xətləri;- piyada və velosiped yollarının əsas istiqamətləri və keçid yolları;- nəqliyyat qovşaqlarında və müxtəlifsəviyyəli kəsişmələrdə nəqliyyathərəkətinin təşkili;- yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) və nəqliyyat infrastrukturu zonalarında və bu zonalar arasında nəqliyyat və piyada hərəkətinin təşkili ilə bağlı tədbirlər;- mobillik planında bu planın məqsədləri, bu Qaydada nəzərdə tutulan müddəalar əks etdirilməli, həmçinin təklif və həllərin əsaslandırılması qeyd olunmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/01/425615933_152:0:1075:692_1920x0_80_0_0_db759427c06c7d5d5af473203788a699.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nəqliyyat və piyadaların hərəkəti üzrə tədbirlər hazırlanır
nəqliyyat və piyadaların hərəkəti üzrə tədbirlər hazırlanır
Şəhərdaxili hərəkət planı hazırlanacaq - Əsədov qərar imzaladı
Yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən plan altı ay müddətində təqdim olunmalıdır.
BAKI, 24 yanvar - Sputnik. Baş nazir Əli Əsədov “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Şəhərdaxili hərəkət (mobillik) planının məzmunu
Mobillik planı hazırlanarkən aşağıdakılar nəzərdə tutulmalıdır:
- ümumi istifadədə olan nəqliyyatın inkişafının prioritet olaraq müəyyənləşdirilməsi və əhalinin nəqliyyata əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
- ictimai sərnişin nəqliyyatının ən yaxın dayanacaqlarına qədər piyada gediş məsafəsinin müəyyənləşdirilməsi;
- ümumi istifadədə olan nəqliyyatın cəlbediciliyinin artırılması və ya qorunub saxlanılması məqsədilə gediş-gəliş üçün vaxt sərfinin azaldılması istiqamətinə dair tədbirlər;
- ümumi istifadədə olan nəqliyyatın digər növlərinə (metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar və taksilər) keçidlərin və şəhər ərazisində ümumi istifadədə olan nəqliyyatın təşkilinin nəqliyyat mübadilə mərkəzlərindən planlaşdırılması;
- ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolaqları;
- müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və yol infrastrukturuna uyğun olaraq optimallaşdırılması;
- şəhər ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarının, taksi duracaqlarının və parklanma yerlərinin optimallaşdırılması;
- ümumşəhər mərkəzində, mövcud yaşayış, sənaye və istirahət zonalarının mərkəzlərində və gündəlik istifadə olunan ticarət, məişət və digər növ xidmət sahələrinin fəaliyyət göstərdiyi ərazilərdə bu Qaydada nəzərdə tutulan piyada infrastrukturunun və velosiped yollarının təşkilinin və əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
- nəqliyyat vasitələrinin və piyadaların hərəkət təhlükəsizliyinin nəqliyyat axınının nizamlanması vasitələrindən və xüsusi texniki avadanlıqlardan istifadə edilməklə təmin olunmasına dair tədbirlər;
- fövqəladə hallar və təcili xidmətlər üçün nəqliyyat idarəetmə tədbirləri;
- logistika fəaliyyətlərinin və yük axınlarının idarə olunmasına dair tədbirlər;
- avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi ilə bağlı tədbirlər;
- yük terminallarının, şəhərlərin girişlərində yük və sərnişinlər üçün mərkəzlərin (anbar, qovşaq, keçid stansiyaları və s.) planlaşdırılması ilə bağlı tədbirlər;
- küçə və yollardan səmərəli istifadə ilə bağlı tədbirlər;
- nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin inkişaf sxemi;
- küçə və yolların təsnifatı, hərəkətin əsas xarakteristikası;
- metro və tramvay depolarının, avtobus parklarının, iri qarajların və minik avtomobillərinin dayanacaq və duracaq yerləri;
- yol-nəqliyyat qurğuları (körpülər, yolötürücüləri, tunellər və s.);
- ümumi istifadədə olan nəqliyyatın marşrut xətləri;
- piyada və velosiped yollarının əsas istiqamətləri və keçid yolları;
- nəqliyyat qovşaqlarında və müxtəlifsəviyyəli kəsişmələrdə nəqliyyat
- yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) və nəqliyyat infrastrukturu zonalarında və bu zonalar arasında nəqliyyat və piyada hərəkətinin təşkili ilə bağlı tədbirlər;
- mobillik planında bu planın məqsədləri, bu Qaydada nəzərdə tutulan müddəalar əks etdirilməli, həmçinin təklif və həllərin əsaslandırılması qeyd olunmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.