https://sputnik.az/20220124/randan-azerbaycana-narkotik-kecirilmesinin-qarsisi-alinib-438443820.html
Azərbaycan-İran sərhəd xəttində gərgin anlar: saxlanılan var
Azərbaycan-İran sərhəd xəttində gərgin anlar: saxlanılan var
Sputnik Azərbaycan
Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. 24.01.2022, Sputnik Azərbaycan
2022-01-24T22:23+0400
2022-01-24T22:23+0400
2022-01-25T01:36+0400
narkotik
hadisə
sərhəd
cəbrayıl
iran
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211734_0:3:2941:1657_1920x0_80_0_0_1bfd45929e2de48740eac797b3977cbe.jpg
BAKI, 24 yanvar — Sputnik. Yanvarın 22-də saat 19:45 radələrində DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzinin məlumatında bildirilib.Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb. Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib, əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram narkotik vasitə və psixotrop həblərə bənzər (16200 qram "marixuana", 7444 qram "heroin", 3545 qram "metamfetamin", 440 qram "tiryək" və 1680 ədəd "metadon-40" həbi) maddələr aşkar olunaraq götürülüb.Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.Xatırladaq ki, ötən ilin iyun ayında da Azərbaycanda həbsdə olan 20 iranlı məhbus Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.Həmin vaxt İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ekstradisiya olunan iranlı məhbuslardan 9-nun qadın olduğunu bildirib.Seyid Abbas Musəvi qeyd edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib və ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211734_210:0:2941:2048_1920x0_80_0_0_15a126f7c5a9db4865fc4b4ee69728b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan-iran sərhəd xəttində gərgin anlar: saxlanılan var foto
azərbaycan-iran sərhəd xəttində gərgin anlar: saxlanılan var foto
Azərbaycan-İran sərhəd xəttində gərgin anlar: saxlanılan var
22:23 24.01.2022 (Yenilənib: 01:36 25.01.2022) Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.
BAKI, 24 yanvar — Sputnik. Yanvarın 22-də saat 19:45 radələrində DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzinin məlumatında bildirilib.
Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb.
Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib, əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram narkotik vasitə və psixotrop həblərə bənzər (16200 qram "marixuana", 7444 qram "heroin", 3545 qram "metamfetamin", 440 qram "tiryək" və 1680 ədəd "metadon-40" həbi) maddələr aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, ötən ilin iyun ayında da Azərbaycanda həbsdə olan 20 iranlı məhbus Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.
Həmin vaxt İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ekstradisiya olunan iranlı məhbuslardan 9-nun qadın olduğunu bildirib.
Seyid Abbas Musəvi qeyd edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib və ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.