Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirlik koronavirusla bağlı məktəblərdəki vəziyyəti açıqladı

© Sputnik / Murad OrujovBakıda məktəbdə şagirdin temperaturu yoxlanılır, arxiv şəkli
Bakıda məktəbdə şagirdin temperaturu yoxlanılır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
2021-ci il sentyabrın 22-də aşağı siniflərdə, 29-da isə yuxarı siniflərdə ənənəvi tədris bərpa olunub.
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda COVID-19-a görə distant tədrisə keçən məktəblərin sayı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Yanvarın 23-nə olan məlumata görə, ölkədə faəliyyət göstərən ümumtəhsil müəssisələrində oxuyan 161 şagird isə COVID-19 xəstəliyinə yoluxub. Hazırda 1 məktəb və 87 sinif distant formada tədrisə davam edir. Həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.
Qeyd edək ki, 2021-ci il sentyabrın 22-də aşağı siniflərdə, 29-da isə yuxarı siniflərdə ənənəvi tədris bərpa olunub.
Xatırladaq ki, bu gündən eyni zamanda COVID-19-a görə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0