DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Məşhur türkiyəli aktrisa vəfat edib

© Photo : Facebook / fatma girikFatma Girik
Fatma Girik  - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Fatma Girikin orqan çatışmazlığı səbəbindən həyatını itirdiyi bildirilir.
BAKI, 24 yanvar — Sputnik. Türkiyənin məşhur aktrisası Fatma Girik 79 yaşında vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İstanbulun Şişli Bələdiyyəsinin sədri Muammer Keskin tviterdə yazıb.
F.Girik müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, o, "Yeşilçam"ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır.
Fatma Girikin orqan çatışmazlığı səbəbindən həyatını itirdiyi bildirilir. Mərhum sənətçi 6 ay öncə müalicə üçün İstanbula gəlmişdi.
2015-ci ildə həyat yoldaşı Memduh Ünün vəfatı aktrisanı sarsıtmışdı.
Fatma Girik 12 dekabr 1942-ci ildə İstanbulda doğulub. Sənət fəaliyyəti dövründə 180-dən çox filmə çəkilən aktrisa, siyasi fəaliyyətlə də məşğul olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Türk müğənnilər Bakıda: gözlənilən dörd konsert - VİDEO
Xəbər lenti
0