Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Kolleclərə qəbul imtahanının vaxtı açıqlandı

© Photo : REPORTQəbul imtahanı
Qəbul imtahanı - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq.
BAKI, 24 yanvar — Sputnik. Kolleclərə qəbul imtahanının vaxtı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2-3 apreldə keçiriləcək.
Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə də qəbul imtahanı olacaq.
Bundan başqa, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı (11 illik) da 2-3 apreldə keçirilməsi nəzərdə tutulub.
Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verib.
Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.
Qeyd edək ki, məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0