Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ermənini nokauta salan idmançımız Bakıda qarət olundu - VİDEO

© Photo : AzerforumГёзель Зутова
Гёзель Зутова - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
İdmançı bildirib ki, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb.
BAKI, 24 yanvar — Sputnik. Bu yaxınlarda İstanbulda turnirdə Ermənistan təmsilçisini nokauta salan tanınmış azərbaycanlı idmançı Gözəl Zutova Bakıda qarət olunub.
Qarışıq döyüş növləri üzrə usta, güləş və cüdo üzrə Azərbaycan çempionatlarının qalibi Zutova bildirib ki, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb:
“Şəxsi avtomobilimi satmaq məqsədilə sənədləşmə aparmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə getmişdim. Maşında mənimlə birgə azyaşlı uşağım var idi. Sənədləşmə ilə əlaqədar binaya daxil olandan sonra naməlum şəxs avtomobilin içərisindəki əl çantamı götürərək hadisə yerindən qaçıb.
Çantamda çox bahalı boyunbağı, az miqdarda pul və şəxsi sənədlərim olub. Polisdən mənə bildirildi ki, hadisəni törədən şəxs kameralara düşüb. Lakin görüntüləri mənə göstərmədilər. Hadisəyə görə hələ heç kim tutulmayıb. Kamera görüntüləri varsa, polis niyə onu tutmur? Hər şey ortadadır, oğurluq hamının gözü qarşısında olub. Hazırda hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə qeyd olunub ki, Gözəl Zutovaya məxsus əşyaların oğurlanması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır: "Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmaların gedişində məlum olacaq. Bu barədə Gözəl Zutova ilə əlaqə saxlanılaraq məlumatlandırılıb".
Mətndə lent.az-ın məlumatından istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0