CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı ilə İstanbul arasında reyslər ləğv edilib - FOTO/VİDEO

© AP Photo / Patrick SemanskyAeroport
Aeroport - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Ötən gecədən güclənən qar aeroportların işində çətinliklər yaradıb.
BAKI, 24 yanvar — Sputnik. İstanbula yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Hava Yollarının mətbuat xidməti yayıb.
Qurumdan qeyd ediblər ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.
Eyni zamanda "Türk Hava Yolları" aviaşirkəti də eyni səbəbdən bu günə planlaşdırılmış İstanbul-Bakı və Bakı-İstanbul reyslərini ləğv edib.
Yaxın günlərə təyin olunmuş reyslərdə dəyişiklik yoxdur. Sərnişinlərə bugünkü biletləri qaytarmaq, ya da başqa uçuş vaxtı seçmək tövsiyə olunur.
Gün ərzində THY 52 reysi ləğv etməyə məcbur olub. Ötən gecədən güclənən qar aeroportların işində çətinliklər yaradıb.
THY-nin İstanbul Hava Limanındakı “Turkish Cargo” şirkətinin istifadəsində olan anbarın damı qar yığınları və çovğun səbəbindən uçub. Xəsarət alan yoxdur.
Meteoroloqlar yaxın üç gün ərzində İstanbulda qarın yağmağa davam edəcəyini proqnozlaşdırırlar.
İstanbulda metronun fəaliyyəti yerli vaxtla gecə saat 2-dək uzadılıb. Yolda qalan sürücülər isə rəqs ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0