https://sputnik.az/20220124/azerbaycanlilara-qarsi-cinayet-toreden-ermeniler-axtarisa-verilib-438454617.html
Azərbaycanlılara qarşı cinayət törədən ermənilər axtarışa verilib
Azərbaycanlılara qarşı cinayət törədən ermənilər axtarışa verilib
Sputnik Azərbaycan
Hərbi Prokurorluqda indiyədək soyqırım, işgəncə, müharibə cinayətləri və s. üzrə 300-dək şəxs qismində cəlb etmə qərarları çıxarılıb. 24.01.2022, Sputnik Azərbaycan
2022-01-24T19:44+0400
2022-01-24T19:44+0400
2022-01-24T19:44+0400
azərbaycan
azərbaycan xəbərləri
erməni
cinayət
axtarış
beynəlxalq
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843453_0:136:3157:1912_1920x0_80_0_0_3c35365656b542cba35cd5e82e175f95.jpg
BAKI, 24 yanvar — Sputnik. "Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günə kimi 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarışları elan edilib".Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib."Bundan əlavə, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.Hazırda Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyən edilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilir", - Baş prokuror vurğulayıb.Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.Sənədlərin tədqiqi mərhələsində qeyd olunub ki, İ.Sarqsyanın telefonuna baxış zamanı 2019-cu ildə çəkilmiş faylda Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndinin koordinatları olub.Daha sonra prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.Növbəti proses fevralın 28-nə təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843453_213:0:2944:2048_1920x0_80_0_0_4091788149363c130d9255e61441158c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan və vətəndaşlarına qarşı cinayət törədən ermənilər axtarışda
azərbaycan və vətəndaşlarına qarşı cinayət törədən ermənilər axtarışda
Azərbaycanlılara qarşı cinayət törədən ermənilər axtarışa verilib
Hərbi Prokurorluqda indiyədək soyqırım, işgəncə, müharibə cinayətləri və s. üzrə 300-dək şəxs qismində cəlb etmə qərarları çıxarılıb.
BAKI, 24 yanvar — Sputnik. "Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günə kimi 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarışları elan edilib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
"Bundan əlavə, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hazırda Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyən edilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilir", - Baş prokuror vurğulayıb.
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Sənədlərin tədqiqi mərhələsində qeyd olunub ki, İ.Sarqsyanın telefonuna baxış zamanı 2019-cu ildə çəkilmiş faylda Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndinin koordinatları olub.
Daha sonra prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses fevralın 28-nə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.