DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın NATO-ya üzvlüyü məsələsinə Madriddən şərh

© AP Photo / Andriy DubchakDonbas
Donbas - Sputnik Azərbaycan, 1920, 23.01.2022
Abunə olmaq
İspaniya Xarici işlər naziri Ukraynanın NATO-ya qəbul edilib-edilməyəcəyi barədə danışıb.
BAKI, 23 yanvar — Sputnik. Ukraynanın NATO-ya üzvlüyü nəzərdən keçirilmir. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri "El Mundo" qəzetinə İspaniya Xarici işlər naziri Jose Manuel Albares deyib.
İsveç və Finlandiyanın NATO-ya üzlüyünün mümkünlüyü ilə bağlı sualı şərh edən diplomat qeyd edib ki, bunu ilk olaraq həmin ölkələrdən soruşmaq lazımdır: "Ukraynaya gəlincə isə hazırda bu ssenari nəzərdən keçirilmir".
XİN rəhbəri Ukrayna münaqişəsinin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu deyib, eyni zamanda Qərbin istənilən gözlənilməz hadisələrə hazır olduğuna əminliyini ifadə edib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin 2022-ci ildə NATO-ya üzv olmaq üçün bəzi konkret şərtlərlə bağlı anlaşma əldə etməyə çalışdığını bildirmişdi. 2019-cu ilin fevralında Ukrayna parlamenti Kiyevin alyansa qoşulmasına imkan verən konstitusiya dəyişikliklərini təsdiqləmişdi. Ölkə həmçinin Genişləndirilmiş İmkanlar üzrə Tərəfdaş statusu alıb.
NATO üzvləri 2021-ci il iyunun 14-də keçirilən sammitdə Ukrayna və Gürcüstanın gələcəkdə alyansa qoşula biləcəyini bəyan ediblər. Ancaq nə qəbulun mümkün vaxtı, nə də üzvlüklə bağlı fəaliyyət planları göstərilib.
Qeyd edək ki, Ukrayna və Qərb dövlətləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və özünün lazım bildiyi şəkildə yerləşdirir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat da etməməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0