https://sputnik.az/20220123/pasinyan-sosial-sebekede-metbuat-konfransi-kecirecek-438415323.html
Paşinyan sosial şəbəkədə mətbuat konfransı keçirəcək
Paşinyan sosial şəbəkədə mətbuat konfransı keçirəcək
Sputnik Azərbaycan
Paşinyanın bundan əvvəlki mətbuat konfransı ötən il dekabrın 24-də baş tutmuşdu. 23.01.2022, Sputnik Azərbaycan
2022-01-23T13:39+0400
2022-01-23T13:39+0400
2022-01-23T13:39+0400
dünya xəbərləri
mətbuat konfransı
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425715668_0:0:2228:1253_1920x0_80_0_0_227a54769c0f1396d1fb9c08c290893f.jpg
BAKI, 23 yanvar — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan iki saata yaxın davam edəcək onlayn mətbuat konfransı keçirəcəyini açıqlayıb. Sputnik Azrbaycan xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.Paşinyan paylaşımında qeyd edib ki, sabah, yanvarın 24-də saat 20:00-da "Facebook"da canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandıracaq.Qeyd edək ki, son vaxtlar Paşinyanın media ilə oxşar formatda ünsiyyətə daha çox meyl etməsi görünür. Bundan əvvəlki mətbuat konfransı ötən il dekabrın 24-də baş tutmuşdu. Həmin mətbuat konfransı zamanı Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin demarkasiyası və delimitasiyası, erməni terrorçularının qaytarılması və digər məsələlərlə bağlı sualları cavablandırıb.Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər bir sıra məsələləri, o cümlədən Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası üzrə razılaşmaları müzakirə ediblər.Kremlin yaydığı məlumatda bildirilir ki, telefon danışığı Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.Bildirilib ki, tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti üzrə ölkələr arasında gələcək əməkdaşlığı müzakirə edib.Bundan əlavə, Paşinyanın xahişi ilə Putin onu ABŞ-la təhlükəsizlik zəmanətlərinə dair aparılan danışıqlar barədə də məlumatlandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425715668_181:0:2228:1535_1920x0_80_0_0_755576fa263040cb242d5186f411444d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
paşinyan sosial şəbəkədə mətbuat konfransı keçirəcək
paşinyan sosial şəbəkədə mətbuat konfransı keçirəcək
Paşinyan sosial şəbəkədə mətbuat konfransı keçirəcək
Paşinyanın bundan əvvəlki mətbuat konfransı ötən il dekabrın 24-də baş tutmuşdu.
BAKI, 23 yanvar — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan iki saata yaxın davam edəcək onlayn mətbuat konfransı keçirəcəyini açıqlayıb. Sputnik Azrbaycan xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.
Paşinyan paylaşımında qeyd edib ki, sabah, yanvarın 24-də saat 20:00-da "Facebook"da canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandıracaq.
Qeyd edək ki, son vaxtlar Paşinyanın media ilə oxşar formatda ünsiyyətə daha çox meyl etməsi görünür. Bundan əvvəlki mətbuat konfransı ötən il dekabrın 24-də baş tutmuşdu. Həmin mətbuat konfransı zamanı Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin demarkasiyası və delimitasiyası, erməni terrorçularının qaytarılması və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər bir sıra məsələləri, o cümlədən Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası üzrə razılaşmaları müzakirə ediblər.
Kremlin yaydığı məlumatda bildirilir ki, telefon danışığı Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.
Bildirilib ki, tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti üzrə ölkələr arasında gələcək əməkdaşlığı müzakirə edib.
Bundan əlavə, Paşinyanın xahişi ilə Putin onu ABŞ-la təhlükəsizlik zəmanətlərinə dair aparılan danışıqlar barədə də məlumatlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.