Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

İndi məndən pul al görüm: Bakıda polis reydlərə başlayır

© Sputnik / Zulfiyya GuluyevaBakını mərkəzində parklanmış avtomobillər
Bakını mərkəzində parklanmış avtomobillər - Sputnik Azərbaycan, 1920, 23.01.2022
Abunə olmaq
Polis əməkdaşları sabahdan etibarən paytaxtda sərt tədbirlərə başlayacaqlar.
BAKI, 23 yanvar - Sputnik. Paytaxt ərazisində yolun hərəkət hissəsinin, eləcə də parklama üçün nəzərdə tutulan ərazilərdən şəxsi maraq güdülərək qanunsuz istifadə edilməsi vətəndaşların haqlı narazılıqlarına səbəb olduğundan bu hallara qarşı bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapır.
"Həmin şəxslər müxtəlif formalar geyinir, bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər. Təbii ki, yol hərəkəti qaydaları, eləcə də qanunla qorunan digər hüquq və öhdəliklər müzakirə edilmədən yerinə yetirilməli, bununla da qanunun aliliyi təmin edilməlidir.
Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis İdarələrinin və Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə əlavə tədbirlər planı çərçivəsində gücləndirilmiş qaydada prosesə start verib.
"Qeyri-qanuni parkinq ərazilərində qanunsuz pul yığımının qarşısının alınması istiqamətində müvafiq işlər görüləcək. Odur ki, bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən çəkinsinlər! Əks halda polis müvafiq tədbirlər görəcək".
Qeyd edək ki, qanunsuz parkinqlə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları sabahdan etibarən tədbirlərə başlayacaqlar. Odur ki, qeyri-qanuni parkinq yeri yaradaraq hüquqi, yaxud fiziki şəxslər, eləcə də bəzi adlardan istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar.
"Polislə hər hansısa formada mübahisə yaradan, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa cəhd edən şəxslərə bir daha bu əməllərdən çəkinməyə çağırırıq", - Vaqif Əsədov əlavə edib.

Bakıda parklanma sahəsində xaos

Qeyd edək ki, hazırda paytaxtda parklanma ilə bağlı ciddi problemlər mövcuddur. Parklanma ilə bağlı tariflər müəyyən edilməsə də, pulsuz parklanma yerlərində müxtəlif şəxslər tərəfindən sürücülərdən pul yığılır.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata açıqlamasında bildirib ki, qanunsuz parklanma yerlərinin quruma aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz: "Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib", - deyə V.Kərimli bildirib.

Qanunsuz "parkovşiklər"dən necə yaxa qurtarmaq olar?

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Bakıda parklanma yerləri necə təşkil ediləcək - video
* Bakıda maşınları harada saxlamalı? Parkinqlər və EDM-lər yaradılacaq
Xəbər lenti
0