Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Goranboyda dəhşətli qəzada ölənlərin sayı artdı - FOTO

© Sputnik / Rahim MammadovQəza yerində
Qəza yerində - Sputnik Azərbaycan, 1920, 23.01.2022
Abunə olmaq
Goranboyda baş verən qəzada xəsarət alanlar Goranboy Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
GORANBOY, 23 yanvar - Sputnik. Goranboyda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan daha biri dünyasını dəyişib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 1972-ci il təvəllüdlü Dilarə Əliyeva xəstəxanada vəfat edib.
Ümumilikdə qəza nəticəsində üş nəfər həlak olub, dörd yaralının müalicəsi xəstəxanada davam etdirirlir.
--------
14:09
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
© Sputnik / Rahim MammadovQəza yerində
Qəza yerində - Sputnik Azərbaycan, 1920, 23.01.2022
Qəza yerində
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəza Goranboy-Naftalan yolunda qeydə alınıb. Hadisə zamanı “BMW” və “VAZ-2109” toqquşub. Zərbənin gücündən avtomobillrdən biri aşıb, digəri isə yoldan kənara düşüb.
Qəza zamanı Goranboy rayon Təhlə kənd sakini Tanrıverdiyeva Aybəniz Əli qızı, onu bacısı Vəzifə Tanrıverdiyava həlak olublar. Avtoqəza nəticəsində xəsarət alanlar - Rəsul Əliyev, Cəmilə Əlizadə, Sənəm Əliyeva, Dilarə Əliyeva, İkram Orucov - xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0