DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa hökuməti Rusiyaya hədiyyə etmək istəmir

© AP Photo / Francois MoriФлаги Франции и ЕС, фото из архива
Флаги Франции и ЕС, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.01.2022
Abunə olmaq
Fransız siyasətçinin sözlərinə görə, Paris müharibəyə deyil, "mürəkkəb situasiyaya" hazırlaşır.
BAKI, 23 yanvar - Sputnik. Fransa Xarici İşlər Nazirliyi yanında dövlət katibi Kleman Bon deyib ki, ölkəsinin NATO-dan çıxması Rusiyaya hədiyyə olardı.
"Eşidirəm ki, bəziləri imkandan istifadə edərək NATO-dan çıxmağı təklif edirlər. İndiki halda bu - Qərbdə fikir ayrılığının olduğu təəssüratını yaratmaq - ağılsızlıqdır. Özü də bu, Rusiyaya edilə biləcək ən böyük hədiyyə olardı", - Bon "Europe1" radiosunun efirində deyib.
Fransız siyasətçinin sözlərinə görə, Paris müharibəyə deyil, "mürəkkəb situasiyaya" hazırlaşır. Avropalılarsa "istənilən an" həmin situasiyaya reaksiya verməyə hazır olmalıdırlar.
Bon əlavə edib ki, Fransa Prezidenti Emmanuel Makron NATO-nun şərq cəbhəsini Rumıniyada möhkəmlətmək istəyir.
Qeyd edək ki, Ukrayna və Qərb dövlətləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və özünün lazım bildiyi şəkildə yerləşdirir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat da etməməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0