https://sputnik.az/20220123/corekle-bagli-bilmediyimiz-gercekler-niye-dogranmis-coreyi-almaq-olmaz-438409342.html
Çörəklə bağlı bilmədiyimiz gerçəklər: Niyə doğranmış çörəyi almaq olmaz?
Çörəklə bağlı bilmədiyimiz gerçəklər: Niyə doğranmış çörəyi almaq olmaz?
Sputnik Azərbaycan
Qara çörəyin tərkibində olan ən faydalı lif qidanın sorulmasını yaxşılaşdırır və həzm sistemini stabilləşdirir. Ancaq ağ çörək haqqında bunu demək olmaz. 23.01.2022, Sputnik Azərbaycan
2022-01-23T10:17+0400
2022-01-23T10:17+0400
2022-01-23T10:17+0400
elm
çörək
bakteriya
un
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914039_0:103:2000:1228_1920x0_80_0_0_dd35e80b891384fda23f8d15d88f8b44.jpg
BAKI, 23 yanvar — Sputnik. Yüksək həyat tempi insanları mümkün olduqca vaxta qənaət etməyə, xüsusən də rahat qablaşdırılmış məhsullar almağa məcbur edir. Amma elə məhsullar var ki, onları hazır şəkildə alıb yemək məsləhət deyil. Mütəxəssislər bildirirlər ki, məsələn, alanda doğranmış çörəyə yox, məhz bütöv çörəyə üstünlük vermək lazımdır.Suxarı qurutmayınMütəxəssislər qeyd edirlər ki, son illərdə çörək sexlərində dilimlənmiş çörəklər ən populyar hala gəlib. Artıq səliqəli dilimlər fabrikdə plastik torbalara yığılır. Bu, onların saxlanmasını asanlaşdırır və alıcılar üçün əlverişlidir. Ancaq belə bir məhsul sağlamlıq üçün riski artırır.Doğranmış çörək daha tez xarab olur. Çünki dilimlərin arası kif üçün münbit səth formalaşdırır. Bundan əlavə, dilimlər askorbin turşusu və etil spirti əsaslı qoruyucu maddələrlə örtülüb.Dietoloq-nutrisioloq Olqa Alemaykinanın sözlərinə görə, son onilliklərdə çörəyin bişirilməsi prosesi xeyli dəyişib. Məhsullara qabartma tozu, marqarin və digər kimyəvi maddələr əlavə edilir. Bu səbəbdəndə mütəxəssis bir vaxtlar nənələrimizin etdiyi kimi köhnə çörəyi qurudaraq ondan suxarı hazırlamağı məsləhət görmür."Taxılın keyfiyyəti pisləşib - əvvəllər onun tərkibində insan orqanizmi üçün zəruri olan xeyli qidalı maddələr var idi. İndi onların sayı azalıb. Bu səbəbdən də çörək üçün nəzərdə tutulan unun tərkibi pisləşib", - həkim izah edir.Ağ, yoxsa qaraOlqa Alemaykina xatırladır ki, çörək seçərkən məhsulun tərkibinə diqqət yetirmək vacibdir. Ağ çörək əla növ buğda unundan bişirilir. Onun tərkibində çox az miqdarda lif və vitaminlər var.Ağ çörəyə saf maya əlavə edildiyindən, o, yüksək glisemik indeksə malik çox yüksək kalorili məhsuldur. Çox vaxt belə məmulatlar hazırlanarkən, ona marqarin əlavə edilir. Bu dadlı çörək məmulatı hazırlamaq üçün qiymətli məhsuldur, lakin orqanizm üçün xeyirli deyil.Dietoloq-nutrisioloqun sözlərinə görə, qara çörək əsasən çovdar unundan hazırlanır. Ona bəzən bir az ağ un əlavə olunur. Onun bişirilmə prosesində süd turşusu bakteriyalarından istifadə edilir. Onlar məhsula xarakterik bir dad verirlər."Qara çörəyin tərkibində olan ən faydalı lif qidanın sorulmasını yaxşılaşdırır və həzm sistemini stabilləşdirir. Bundan əlavə, çovdar çörəyi orqanizmdən zəhərli maddələrin çıxarılmasına kömək edir. Ona görə də bağırsaq xəstəlikləri olan insanlara qara çörək tövsiyə olunur", - həkim deyir.Ekspertin sözlərinə görə, qara çörəyin tərkibində dərinin və saçın vəziyyətinə cavabdeh olan B1 və B2 vitaminləri, həmçinin kalsium, dəmir, fosfor və natrium var. Məhsulun kalorisi müqayisədə nisbətən aşağıdır. Ağçörəkdən (250 kilokalori) fərqli olaraq, 100 qram çovdar məmulatında təxminən 164 kilokalori var.Çörəyi soyuducuda saxlamayınHəkim çörəyi kağızda və ya dəsmalın altında saxlamağı məsləhət görür. Bunun sayəsində məhsul kiflənmir və uzun müddət yumşaq qalır. Bir çox insanlar soyuducuda onun daha gec xarab olduğunu düşünür, lakin ekspert bu fərziyyəni təkzib edir.Həkim çörəyi otaq temperaturunda və ya lazım gələrsə, soyuducuda deyil, dondurucuda saxlamağı məsləhət görür."Çörək məmulatlarının saxlanması üçün əla seçim supermarketlərdə və mağazaların təsərrüfat şöbələrində satılan xüsusi kisələrdir. Onlar üç təbəqədən ibarətdir: üst və astar pambıq parçadandır, onların arasında isə perforasiya olunmuş polietilen təbəqə var", - ekspert deyir.Həkimin sözlərinə görə, belə kisələr çörəyin tərkbindəki faydalı maddələri və onun təravətini uzun müddət saxlamağa imkan verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914039_114:0:1887:1330_1920x0_80_0_0_7a26a6d01431db3cbf8b738ae0bcc04e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çörək, bakteriya, un
Çörəklə bağlı bilmədiyimiz gerçəklər: Niyə doğranmış çörəyi almaq olmaz?
Qara çörəyin tərkibində olan ən faydalı lif qidanın sorulmasını yaxşılaşdırır və həzm sistemini stabilləşdirir. Ancaq ağ çörək haqqında bunu demək olmaz.
BAKI, 23 yanvar — Sputnik. Yüksək həyat tempi insanları mümkün olduqca vaxta qənaət etməyə, xüsusən də rahat qablaşdırılmış məhsullar almağa məcbur edir. Amma elə məhsullar var ki, onları hazır şəkildə alıb yemək məsləhət deyil. Mütəxəssislər bildirirlər ki, məsələn, alanda doğranmış çörəyə yox, məhz bütöv çörəyə üstünlük vermək lazımdır.
Mütəxəssislər qeyd edirlər ki, son illərdə çörək sexlərində dilimlənmiş çörəklər ən populyar hala gəlib. Artıq səliqəli dilimlər fabrikdə plastik torbalara yığılır. Bu, onların saxlanmasını asanlaşdırır və alıcılar üçün əlverişlidir. Ancaq belə bir məhsul sağlamlıq üçün riski artırır.
Doğranmış çörək daha tez xarab olur. Çünki dilimlərin arası kif üçün münbit səth formalaşdırır. Bundan əlavə, dilimlər askorbin turşusu və etil spirti əsaslı qoruyucu maddələrlə örtülüb.
Dietoloq-nutrisioloq Olqa Alemaykinanın sözlərinə görə, son onilliklərdə çörəyin bişirilməsi prosesi xeyli dəyişib. Məhsullara qabartma tozu, marqarin və digər kimyəvi maddələr əlavə edilir. Bu səbəbdəndə mütəxəssis bir vaxtlar nənələrimizin etdiyi kimi köhnə çörəyi qurudaraq ondan suxarı hazırlamağı məsləhət görmür.
"Taxılın keyfiyyəti pisləşib - əvvəllər onun tərkibində insan orqanizmi üçün zəruri olan xeyli qidalı maddələr var idi. İndi onların sayı azalıb. Bu səbəbdən də çörək üçün nəzərdə tutulan unun tərkibi pisləşib", - həkim izah edir.
Olqa Alemaykina xatırladır ki, çörək seçərkən məhsulun tərkibinə diqqət yetirmək vacibdir. Ağ çörək əla növ buğda unundan bişirilir. Onun tərkibində çox az miqdarda lif və vitaminlər var.
Ağ çörəyə saf maya əlavə edildiyindən, o, yüksək glisemik indeksə malik çox yüksək kalorili məhsuldur. Çox vaxt belə məmulatlar hazırlanarkən, ona marqarin əlavə edilir. Bu dadlı çörək məmulatı hazırlamaq üçün qiymətli məhsuldur, lakin orqanizm üçün xeyirli deyil.
Dietoloq-nutrisioloqun sözlərinə görə, qara çörək əsasən çovdar unundan hazırlanır. Ona bəzən bir az ağ un əlavə olunur. Onun bişirilmə prosesində süd turşusu bakteriyalarından istifadə edilir. Onlar məhsula xarakterik bir dad verirlər.
"Qara çörəyin tərkibində olan ən faydalı lif qidanın sorulmasını yaxşılaşdırır və həzm sistemini stabilləşdirir. Bundan əlavə, çovdar çörəyi orqanizmdən zəhərli maddələrin çıxarılmasına kömək edir. Ona görə də bağırsaq xəstəlikləri olan insanlara qara çörək tövsiyə olunur", - həkim deyir.
Ekspertin sözlərinə görə, qara çörəyin tərkibində dərinin və saçın vəziyyətinə cavabdeh olan B1 və B2 vitaminləri, həmçinin kalsium, dəmir, fosfor və natrium var. Məhsulun kalorisi müqayisədə nisbətən aşağıdır. Ağçörəkdən (250 kilokalori) fərqli olaraq, 100 qram çovdar məmulatında təxminən 164 kilokalori var.
Çörəyi soyuducuda saxlamayın
Həkim çörəyi kağızda və ya dəsmalın altında saxlamağı məsləhət görür. Bunun sayəsində məhsul kiflənmir və uzun müddət yumşaq qalır. Bir çox insanlar soyuducuda onun daha gec xarab olduğunu düşünür, lakin ekspert bu fərziyyəni təkzib edir.
Həkim çörəyi otaq temperaturunda və ya lazım gələrsə, soyuducuda deyil, dondurucuda saxlamağı məsləhət görür.
"Çörək məmulatlarının saxlanması üçün əla seçim supermarketlərdə və mağazaların təsərrüfat şöbələrində satılan xüsusi kisələrdir. Onlar üç təbəqədən ibarətdir: üst və astar pambıq parçadandır, onların arasında isə perforasiya olunmuş polietilen təbəqə var", - ekspert deyir.
Həkimin sözlərinə görə, belə kisələr çörəyin tərkbindəki faydalı maddələri və onun təravətini uzun müddət saxlamağa imkan verir.