https://sputnik.az/20220123/cenubi-koreya-ranin-bmt-ye-borcunu-odedi-438418893.html
Cənubi Koreya İranın BMT-yə borcunu ödədi
Cənubi Koreya İranın BMT-yə borcunu ödədi
Sputnik Azərbaycan
İranın daimi nümayəndəsi Məcid Təxt-Rəvançı bazar ertəsindən etibarən situasiyanın dəyişəcəyini bildirib. 23.01.2022, Sputnik Azərbaycan
2022-01-23T16:18+0400
2022-01-23T16:18+0400
2022-01-23T16:18+0400
bmt
dünya xəbərləri
iran
borc
https://cdnn1.img.sputnik.az/img/42405/54/424055450_0:211:2889:1836_1920x0_80_0_0_b744a579fa12553234fc58149ffdd1c8.jpg
BAKI, 23 yanvar — Sputnik. Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib.Sputnik Azərbaycan trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Planlaşdırma və Maliyyə Nazirliyi məlumat yayıb.Qeyd edilir ki, ödəniş Cənubi Koreya banklarında İranın dondurulmuş vəsaitləri hesabına edilib.Amerika Prezidenti Cozef Bayden 2021-ci il noyabrın 9-da İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib.Ağ Evin bildirdiyinə görə, Amerika lideri İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib.Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı diplomatların azad edilməsinə səbəb olan ABŞ-la İran arasında razılaşmalardan gedir. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini təsbit edir.Qeyd edək ki, 1979-cu il noyabrın 14-də ABŞ-ın 39-cu prezidenti Cimmi Karter amerikalıların Tehranda girov götürülməsinə cavab olaraq 12170 saylı fərman imzalayıb. Xəzinədarlıq departamentinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən Amerika bankları, onların xaricdəki törəmələri, filialları ilə hesablarını dondurmaq əmri verilib.1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib, Amerikadan İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan edbi. Daha sonra İrandan ABŞ-a istənilən mal idxalına embarqo qoyulub.İran borcunu ödəməklə BMT Baş Assambleyasında səs hüququnu bərpa edib. Bunu isə İranın daimi nümayəndəsi Məcid Təxt-Rəvançı deyib. Onun sözlərinə görə, səs hüququ bazar ertəsindən etibarən bərpa ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42405/54/424055450_78:0:2809:2048_1920x0_80_0_0_cc78b6ca7d20ae43eb9111547a371171.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
cənubi koreya iranın bmt-yə borcunu ödədi
cənubi koreya iranın bmt-yə borcunu ödədi
Cənubi Koreya İranın BMT-yə borcunu ödədi
İranın daimi nümayəndəsi Məcid Təxt-Rəvançı bazar ertəsindən etibarən situasiyanın dəyişəcəyini bildirib.
BAKI, 23 yanvar — Sputnik. Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib.
Sputnik Azərbaycan trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Planlaşdırma və Maliyyə Nazirliyi məlumat yayıb.
"Cənubi Koreya hökuməti ABŞ Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon dollar məbləğində BMT-yə borcunu ödəyib", - məlumatda deyilir.
Qeyd edilir ki, ödəniş Cənubi Koreya banklarında İranın dondurulmuş vəsaitləri hesabına edilib.
Amerika Prezidenti Cozef Bayden 2021-ci il noyabrın 9-da İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib.
Ağ Evin bildirdiyinə görə, Amerika lideri İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib.
Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı diplomatların azad edilməsinə səbəb olan ABŞ-la İran arasında razılaşmalardan gedir. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini təsbit edir.
Qeyd edək ki, 1979-cu il noyabrın 14-də ABŞ-ın 39-cu prezidenti Cimmi Karter amerikalıların Tehranda girov götürülməsinə cavab olaraq 12170 saylı fərman imzalayıb. Xəzinədarlıq departamentinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən Amerika bankları, onların xaricdəki törəmələri, filialları ilə hesablarını dondurmaq əmri verilib.
1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib, Amerikadan İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan edbi. Daha sonra İrandan ABŞ-a istənilən mal idxalına embarqo qoyulub.
İran borcunu ödəməklə BMT Baş Assambleyasında səs hüququnu bərpa edib. Bunu isə İranın daimi nümayəndəsi Məcid Təxt-Rəvançı deyib.
"İran, BMT-nin aktiv üzvü kimi, həmişə üzvlük haqlarının vaxtında ödənilməsinə riayət edib, hazırda da bunu əməldə sübut etdi. Təəssüf ki, artıq ikinci ildir ki, ABŞ-ın birtərəfli ağır sanksiyalarına görə üzvlük haqqı problemi ilə üzləşirdik", - Təxt-Rəvançı Mehr agentliyinə bildirib.
Onun sözlərinə görə, səs hüququ bazar ertəsindən etibarən bərpa ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.