https://sputnik.az/20220123/aktrisa-cimnaz-sultanova-80-min-avroluq-qizila-gore-dava-acdi-438424582.html
Aktrisa Çimnaz Sultanova 80 min avroluq qızıla görə dava açdı
Aktrisa Çimnaz Sultanova 80 min avroluq qızıla görə dava açdı
Sputnik Azərbaycan
Qızıl oğurluğunda ittiham olunan prodüser aktrisanın hərəkətlərinə görə övladının ciddi psixoloji sarsıntı keçirdiyini bildirib.
2022-01-23T21:06+0400
2022-01-23T21:06+0400
2022-01-23T21:06+0400
hadisə
qızıl
polis
aktrisa
prodüser
https://cdnn1.img.sputnik.az/img/42170/38/421703840_0:0:2000:1125_1920x0_80_0_0_d8bbe4f97b65c57bf2c45dafb12896fb.jpg
BAKI, 23 yanvar - Sputnik. Aktrisa Çimnaz Sultanova evindən külli miqdar dəyərində oğurluq edildiyini iddia edib.Sputnik Azərbaycan-ın məlumatına görə, aktrisa APA-ya bildirib ki, oğurluq hadisəsi 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evdə baş verib.Çimnaz Sultanova deyir ki, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda yaşadığı evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar:Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim. Sonra Zərif oğurluq əməlini məktəbli qızının üstünə atdı. Qızı da müstəntiqə ifadə verərkən deyib ki, qızılları o oğurlayıb, hamısını nəyəsə büküb, atıb. Amma mən əminəm ki, uşaq belə bir şey edə bilməz".Aktrisa qeyd edib ki, 4 il keçəndən sonra polis yenidən araşdırmaya başlasa da hələ ki bir nəticə əldə olunmayıb.İddia ilə bağlı Zərif Əlixanova bildirilib ki, aktrisanın dedikləri həqiqəti əks etdirmir.Prodüser söyləyir ki, Çimnaz Sultanovanın müraciəti ilə bağlı iki dəfə Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılsa da cinayət işinin açılması rədd edilib. Ərizəçi verilən qərarlardan narazı olaraq, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib və yenidən araşdırma davam edib:Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, bu kimi addımlar şəxsi həyata toxunulmazlıq hüququnu kobud şəkildə tapdalayır və bu əməlləri törədən hər addıma görə hüquqi məsuliyyət daşıyır. Şəxsin törətdiyi bu qanunsuz addımlara görə azyaşlı övladım ciddi psixoloji sarsıntı keçirib, hətta intihar həddinə çatıb. Qeyd edilənlərə və Konstitusiyanın 26-57-ci maddələrində nəzərdə tutulmuş hüquqlarımdan istifadə edərək Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, aktrisanın qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Növbəti günlərdə isə Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə, digər aidiyyatı qurumlara rəsmi şikayət ərizəsini təqdim edəcəyik".Prodüser hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığını deyib. Bunun üçün də o, hüquq müstəvisində həll olunacaq məsələ barədə sosial şəbəkədə, media qurumlarında heç bir məlumat verməyəcəyini bildirib.O, həmçinin media nümayəndələrilə sosial şəbəkə istifadəçilərinə müraciət edərək, hüquqi qiymət verilməyən məsələylə bağlı yayılan məlumatlara görə məsuliyyət daşıdıqlarını xatırladıb.Xatırladaq ki, Z.Əlixanova yazıçı Vaqif Əlixanlı ilə jurnalist, əməkdar incəsənət xadimi Şəfəq Əlixanovanın qızıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42170/38/421703840_164:0:1937:1330_1920x0_80_0_0_68306d6f19145c8dddc4364cff1d4261.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aktrisa çimnaz sultanova 80 min avroluq qızıla görə dava açdı video
aktrisa çimnaz sultanova 80 min avroluq qızıla görə dava açdı video
Aktrisa Çimnaz Sultanova 80 min avroluq qızıla görə dava açdı
Sultanovanın qızıl oğurluğunda ittiham etdiyi prodüser aktrisanın hərəkətlərinə görə övladının ciddi psixoloji sarsıntı keçirdiyini bildirib.
BAKI, 23 yanvar - Sputnik. Aktrisa Çimnaz Sultanova evindən külli miqdar dəyərində oğurluq edildiyini iddia edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, aktrisa APA-ya bildirib ki, oğurluq hadisəsi 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evdə baş verib.
Çimnaz Sultanova deyir ki, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda yaşadığı evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar:
"Zərif əvvəllər "Lider" televiziyasında prodüser işləyirdi. Bir neçə dəfə onun verilişində qonaq olduqdan sonra münasibətimiz yarandı və rəfiqə olduq. Vaxtaşırı olaraq bizə qonaq gəlirdi. Evimdən oğurluq etdiyini biləndə çox məyus oldum. Bunları etdiyi ilk vaxtlarda məndən xahiş etdi ki, polisə məlumat vermə, əvvəl 40 min manat verəcəm, sonra da qalanını ödəyəcəm. Üstündən xeyli müddət keçdi, ödəmədi.
Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim. Sonra Zərif oğurluq əməlini məktəbli qızının üstünə atdı. Qızı da müstəntiqə ifadə verərkən deyib ki, qızılları o oğurlayıb, hamısını nəyəsə büküb, atıb. Amma mən əminəm ki, uşaq belə bir şey edə bilməz".
Aktrisa qeyd edib ki, 4 il keçəndən sonra polis yenidən araşdırmaya başlasa da hələ ki bir nəticə əldə olunmayıb.
İddia ilə bağlı Zərif Əlixanova bildirilib ki, aktrisanın dedikləri həqiqəti əks etdirmir.
Prodüser söyləyir ki, Çimnaz Sultanovanın müraciəti ilə bağlı iki dəfə Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılsa da cinayət işinin açılması rədd edilib. Ərizəçi verilən qərarlardan narazı olaraq, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib və yenidən araşdırma davam edib:
"Hazırda iş üzrə icraat dayandırılıb. Lakin ərizəçi araşdırmanın nəticəsini gözləmədən bizim hüquqlarımızı kobud şəkildə pozur. O mənim, ailəmin, övladımın şəkillərini paylaşaraq şərəf və ləyaqətimizi alçaldır. Özündən hökm çıxarıb çağırışlar edir.
Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, bu kimi addımlar şəxsi həyata toxunulmazlıq hüququnu kobud şəkildə tapdalayır və bu əməlləri törədən hər addıma görə hüquqi məsuliyyət daşıyır. Şəxsin törətdiyi bu qanunsuz addımlara görə azyaşlı övladım ciddi psixoloji sarsıntı keçirib, hətta intihar həddinə çatıb.
Qeyd edilənlərə və Konstitusiyanın 26-57-ci maddələrində nəzərdə tutulmuş hüquqlarımdan istifadə edərək Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, aktrisanın qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Növbəti günlərdə isə Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə, digər aidiyyatı qurumlara rəsmi şikayət ərizəsini təqdim edəcəyik".
Prodüser hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığını deyib. Bunun üçün də o, hüquq müstəvisində həll olunacaq məsələ barədə sosial şəbəkədə, media qurumlarında heç bir məlumat verməyəcəyini bildirib.
O, həmçinin media nümayəndələrilə sosial şəbəkə istifadəçilərinə müraciət edərək, hüquqi qiymət verilməyən məsələylə bağlı yayılan məlumatlara görə məsuliyyət daşıdıqlarını xatırladıb.
Xatırladaq ki, Z.Əlixanova yazıçı Vaqif Əlixanlı ilə jurnalist, əməkdar incəsənət xadimi Şəfəq Əlixanovanın qızıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.