CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR Ermənistanda zavod alır? Şirkət sualı cavablandırdı

© Photo : SOCARSOCAR ofisi
SOCAR ofisi - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Zavod Ermənistanın Ararat vilayətində yerləşir və "Məxməri inqilab"dan sonra praktiki olaraq fəaliyyətini dayandırıb.
BAKI, 22 yanvar — Sputnik. SOCAR tərəfindən Ermənistan-Rusiya bitum zavodunu alınmasına dair şayiələr Ermənistanın hakim rejimi tərəfindən məqsədyönlü şəkildə təşkil edilən informasiya təxribatıdır.
Bunu erməni politoloq Andranik Ovannisyan bildirib.

“Bu təxribatın məqsədi - bu cür məlumatlara ictimaiyyətin reaksiyasını yoxlamaq və Ermənistan vətəndaşlarını tədricən təkcə zavodların deyil, digər obyektlərin də yaxın vaxtlarda onlarla maraqlanan Türkiyə-Azərbaycan sahibkarları tərəfindən alınacağına hazırlamaqdır”, - deyə Ovannisyan öz Telegram kanalında yazıb.
***
SOCAR Ermənistanda bitum zavodunun alınmasına dair erməni mediasında yayılan şayiələrə reaksiya verib.

Şirkətin nümayəndəsi İbrahim Əhmədov qeyd edib ki, bu cür absurd iddialar SOCAR-ın miqyası ilə uzlaşmır.

“SOCAR-ın Ermənistanın hansısa vilayətindəki bitum sexinə ehtiyacı və ümumiyyətlə bu ölkədə marağı yoxdu”, - deyə SOCAR sözçüsü bildirib.
***
SOCAR Ermənistan-Rusiya bitum zavodunu almaq istəyir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazır.
Azərbaycan tərəfi guya Tbilisinin vasitəçiliyi ilə müvafiq danışıqlar aparır.
Zavod Ermənistanın Ararat vilayətində yerləşir və "Məxməri inqilab"dan (12 aprel 2018-ci ildə Ermənistanın müxtəlif şəhərlərində başlayan və deputat Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz aksiyaları dalğası. Bu inqilab nəticəsində 8 may 2018-ci ildə Nikol Paşinyan Ermənistanda Baş nazir postunu tutub) sonra praktiki olaraq fəaliyyətini dayandırıb.
Zavodun işçiləri məsələni şərh etmir.
Xəbər lenti
0