Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Səs Azərbaycan" layihəsinin finalçıları bəlli oldu - VİDEO

© Photo : AzTV"Səs Azərbaycan" layihəsi
Səs Azərbaycan layihəsi - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Brilliant Dadaşova, Tünzalə Ağayeva, Eldar Qasımov və Murad Arif ən yaxşı ifaçıları seçib.
BAKI, 22 yanvar — Sputnik. Dünyaca məşhur The Voice layihəsinin Azərbaycana lisenziyalı adaptasiyası olan "Səs Azərbaycan"-ın finalçıları məlum olub.
2021-ci ilin oktyabr ayında İctimai Televiziyada müsabiqənin dinləmələri başlanıb. Verilişin aparıcısı Azər Süleymanlı, mentorları xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayeva, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, eləcə də populyar müəllif və ifaçı Murad Arifdir.
Bir neçə ay ərzində mentorlar öz komandalarının finalçılarını seçiblər.
Brilliant Dadaşovanın komandasından Emil Tağıyev finala yüksəlib.
Tünzalə Ağayeva Hidayət Əliyevi seçib.
Eldar Qasımov Nadir Rüstəmli seçimi üzərində dayanıb.
Murad Arif Leyla İzzətovanı dəstəkləyib.
Layihənin finalı canlı yayımlanacaq. Finalın dəqiq tarixi hələ açıqlanmayıb.
Xatırladaq ki, 2019-cu ilin aprel ayında İctimai Televiziya Talpa Global B.V. şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Əvvəlcə layihə yalnız uşaqlar üçün nəzərdə tutulsa da, sonra böyük ifaçılara tətbiq edilib.
Gənc müğənni Əminə Hacıyeva Azərbaycanda "Səs. Uşaqlar"ın qalibi olub.
Xəbər lenti
0