https://sputnik.az/20220122/qarabagdaki-ermenileri-nece-reinteqrasiya-etmek-olar-438395744.html
Qarabağdakı erməniləri necə reinteqrasiya etmək olar?
Qarabağdakı erməniləri necə reinteqrasiya etmək olar?
Sputnik Azərbaycan
Ermənilərə Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edə biləcəkləri konkret yer olmalıdır.
2022-01-22T13:09+0400
2022-01-22T13:09+0400
2022-01-22T13:17+0400
qarabağ
siyasət
ermənilər
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789956_0:0:3156:1776_1920x0_80_0_0_e1d59fe4cd1d084563e99265e4372287.jpg
BAKI, 22 yanvar — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Tbilisidə Rondeli Fondunun Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda keçirdiyi konfransda çıxış edərkən deyib ki, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası barədə düşünürük və buna hazırıq.Xatırladaq ki, bundan öncə də Azərbaycanın dövlət rəsmiləri tərəfindən ermənilərin reinteqrasiyası ilə bağlı mesajlar verilmişdi.Sputnik Azərbaycan Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası məsələsini araşdırıb. Bəs prosesin reallaşdırılması üçün hansı mexanizmlər tətbiq oluna bilər?Mövzu ilə bağlı politoloq Fərhad Məmmədov və İlyas Hüseynov Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.Politoloq Fərhad Məmmədov deyib ki, müharibədən keçən dövr ərzində Azərbaycan bu məsələ ilə bağlı niyyətini ortaya qoyub və konkret addımlar da atıb: Politoloqun sözlərinə görə, bundan sonra da bu proseslə bağlı belə bəyanatları görəcəyik.O bildirib ki, proseslə bağlı konkret işlər Ermənistanla münasibətlərin normallaşmasından sonra başlaya bilər. Bu isə sülh müqaviləsinin imzalanmasından, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra gerçəkləşməsi ilə mümkündür:"Amma delimitasiya və demarkasiya prosesi də bu prosesdə öz təsirini göstərəcək. Konkret mexanizmlər məsələsinə də aydınlıq gətirilməlidir. Ermənilərə Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edə biləcəkləri konkret yer olmalıdır. Pensiya təminatından tutmuş, digər sosial məsələlərə qədər ermənilərə informasiyalar verilməlidir. Bundan sonra da ordakı erməni əhali qərar verməlidir. Onlar bu qeyri-müəyyənlik dövrünün uzadılmasını, ya da Azərbaycan vətəndaşı olaraq yaşamağı seçməlidirlər".Politoloq İlyas Hüseynov isə bildirib ki, hazırkı proseslər ermənilərin reinterasiyasına yaxşı şərait yaradır:Politoloq vurğulayıb ki, bölgə müharibədən yeni çıxıb və mövcud problemlərin aradan qaldırılması genişmiqyaslı işlərin görülməsini tələb edir:"Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri zonada müharibənin nəticələrinin aradan qaldırılmasında iştirak edir. Amma yaxşı olardı ki, bütün proseslərdə dominantlığı rəsmi Bakı etsin. Bölgədə gedən bütün proseslər rəsmi Bakının icazəsi və nəzarəti altında aparılmalıdır. Yalnız belə olacağı təqdirdə ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya oluna bilər"."Reinteqrasiya prosesində müxtəlif konsepsiyaların da icrası vacibdir. Lakin rəsmi Yerevanın tutduğu mövqe ermənilərin reinteqrasiya prosesinə əngəl olur. Müxtəlif sorğularda reinteqrasiya prosesinə müsbət yanaşmalar müşahidə olunur. Lakin həmin şəxslər təqiblərə məruz qalırlar" – deyə politoloq əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789956_427:0:3156:2047_1920x0_80_0_0_d8d4a50d06eb47f737518a5cc3a81191.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qarabağdakı erməniləri azərbaycana necə inteqrasiya etməli?
qarabağdakı erməniləri azərbaycana necə inteqrasiya etməli?
Qarabağdakı erməniləri necə reinteqrasiya etmək olar?
13:09 22.01.2022 (Yenilənib: 13:17 22.01.2022) Politoloq vurğulayıb ki, bölgə mühraibədən yeni çıxıb və mövcud problemlərin aradan qaldırılması genişmiqyaslı işlərin görülməsini tələb edir.
BAKI, 22 yanvar — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Tbilisidə Rondeli Fondunun Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda keçirdiyi konfransda çıxış edərkən deyib ki, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası barədə düşünürük və buna hazırıq.
Xatırladaq ki, bundan öncə də Azərbaycanın dövlət rəsmiləri tərəfindən ermənilərin reinteqrasiyası ilə bağlı mesajlar verilmişdi.
Sputnik Azərbaycan Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası məsələsini araşdırıb. Bəs prosesin reallaşdırılması üçün hansı mexanizmlər tətbiq oluna bilər?
Mövzu ilə bağlı politoloq Fərhad Məmmədov və İlyas Hüseynov Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.
Politoloq Fərhad Məmmədov deyib ki, müharibədən keçən dövr ərzində Azərbaycan bu məsələ ilə bağlı niyyətini ortaya qoyub və konkret addımlar da atıb:
"Biz Qarabağ iqtisadi rayonunun yaradılmasına və Prezident İlham Əliyevin həmin rayon üzrə xüsusi nümayəndəsinin mövcudluğuna bu aspektdən baxa bilərik. Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərlə iqtisadi baxımdan münasibətlərin qurulmasını istəyir. Amma bu məsələdə hələlik konkret mexanizmlər təqdim olunmayıb".
Politoloqun sözlərinə görə, bundan sonra da bu proseslə bağlı belə bəyanatları görəcəyik.
O bildirib ki, proseslə bağlı konkret işlər Ermənistanla münasibətlərin normallaşmasından sonra başlaya bilər. Bu isə sülh müqaviləsinin imzalanmasından, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra gerçəkləşməsi ilə mümkündür:
"Amma delimitasiya və demarkasiya prosesi də bu prosesdə öz təsirini göstərəcək. Konkret mexanizmlər məsələsinə də aydınlıq gətirilməlidir. Ermənilərə Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edə biləcəkləri konkret yer olmalıdır. Pensiya təminatından tutmuş, digər sosial məsələlərə qədər ermənilərə informasiyalar verilməlidir. Bundan sonra da ordakı erməni əhali qərar verməlidir. Onlar bu qeyri-müəyyənlik dövrünün uzadılmasını, ya da Azərbaycan vətəndaşı olaraq yaşamağı seçməlidirlər".
Politoloq İlyas Hüseynov isə bildirib ki, hazırkı proseslər ermənilərin reinterasiyasına yaxşı şərait yaradır:
"Azərbaycan Qarabağı bərpa edir, Şərqi Zəngəzurda böyük layihələrin icrasını həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər gələcəkdə reinteqrasiya prosesinə cəlb olunacaqlar. Reinteqrasiya prosesində onlara müxtəlif imtiyazların verilməsi də gözlənilir".
Politoloq vurğulayıb ki, bölgə müharibədən yeni çıxıb və mövcud problemlərin aradan qaldırılması genişmiqyaslı işlərin görülməsini tələb edir:
"Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri zonada müharibənin nəticələrinin aradan qaldırılmasında iştirak edir. Amma yaxşı olardı ki, bütün proseslərdə dominantlığı rəsmi Bakı etsin. Bölgədə gedən bütün proseslər rəsmi Bakının icazəsi və nəzarəti altında aparılmalıdır. Yalnız belə olacağı təqdirdə ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya oluna bilər".
"Reinteqrasiya prosesində müxtəlif konsepsiyaların da icrası vacibdir. Lakin rəsmi Yerevanın tutduğu mövqe ermənilərin reinteqrasiya prosesinə əngəl olur. Müxtəlif sorğularda reinteqrasiya prosesinə müsbət yanaşmalar müşahidə olunur. Lakin həmin şəxslər təqiblərə məruz qalırlar" – deyə politoloq əlavə edib.