NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiymətində yenə dəyişiklik var

© REUTERS / DADO RUVICНефтяная качалка
Нефтяная качалка - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
“Brent” markalı neftin qiyməti yanvarın 18-də 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
BAKI, 22 yanvar — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,48 ABŞ dolları və ya 1,59% azalaraq 91,41 dollar təşkil edib.
Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.
Xatırladaq ki, yanvarın 19-da London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,90 dollar artaraq 88,41 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 86,43 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,8% artaraq 90,56 dollar təşkil edib. Beləliklə Azərbaycan neftinin qiyməti rekordu təzələyib. Dünən Azərbaycan neftinin qiyməti 89,84 dollar olmuşdu.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti yanvarın 18-də 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Xatırladaq ki, son günlər dünyada neftin qiyməti bahalaşmaqda davam edir. Neft çatışmazlığı qiymətləri daha da artıra bilər.
Ekspertlər ötən ildən bahalaşmağa başlayan neft qiymətlərinin daha da artacağını gözləyir. "Omikron"un yoluxma sürətinə baxmayaraq, neftə olan tələb yüksək olaraq qalır.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xəbər lenti
0