ELM

Muskat qozu: Çox istifadə edəndə öldürücü, az istifadə edəndə isə faydalı olan ədviyyat

© Depositphotos.com / Yuliasverdlovaphoto.gmail.comDieta
Dieta - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Diyetoloqun sözlərinə görə, muskat qozundan həddindən artqı istifadə edən insanlar tez-tez ürəkbulanma, qıcolma və qusma ilə qarşılaşırlar.
BAKI, 22 yanvar — Sputnik. Dietoloq Yelena Solomatina “Moskva 24” telekanalına bildirib ki, məşhur ədviyyat muskat qozunun (el dilində yelcöyüz) həddindən artıq istehlakı kəskin psixoz, qıcolma və qusmaya səbəb ola bilər.
Mütəxəssis diqqətə çatdırıb ki, bu ədviyyatı qidaya müəyyən qədər əlavə etmək lazımdır. Qədərindən artıü muskat qozundan istifadə sinir sisteminin həddindən çox oyanıqlığına səbəb olur.
"Bu vəziyyətdə insan eyforiya hiss edir. Bu, çox vaxt kəskin psixozlara, hər cür manialara aparıb çıxarır. Bu, artıq psixiatrik simptomlara çox bənzəyir. Adətən müəyyən psixiatrik problemlərdən əziyyət çəkən insanlar özlərini belə aparırlar", - deyə həkim bildirib.
Onun sözlərinə görə, muskat qozundan artıq istifadə kəskin psixozlar, hallüsinasiyalar, qeyri-ixtiyari davranışlar yarada bilər. Adama elə gələ bilər ki, məsələn, onun ən yaxını əslində onun ən dəhşətli düşməndir, ona nəsə etməyə imkan vermir, onu iradəsindən məhrum edir. Bu səbəbdən də adam onu öldürməyə hazırdır.
Diyetoloqun sözlərinə görə, muskat qozundan həddindən artqı istifadə edən insanlar tez-tez ürəkbulanma, qıcolma və qusma ilə qarşılaşırlar.
"Qaraciyər çox zərər görməyə başlayır, çünki bütün bunları özündən çıxarmağa çalışır. Beyin də əziyyət çəkir", - həkim deyib.
Solomatina xəbərdarlıq edir ki, bəzi hallarda bu ədviyyatın həddindən artıq dozası ölümcül ola bilər:
“Ürək-damar sisteminin pozulması, qıcolmalar, tərləmənin artması müşahidə edilir. Bir insanın yan xəstəlikləri varsa və çoxlu ədviyyatlar yeyirsə, bu, ürəyin dayanmasına səbəb ola bilər”.
Buna görə də mütəxəssis sağlamlığa zərər verməmək üçün ədviyyatdan az miqdarda, "sözün əsl mənasında bıçağın ucunda" istifadə etməyi məsləhət görür. Həkimin sözlərinə görə, muskat qozunun tərkibində çoxlu faydalı maddələr var:
"Bu, sinir impulslarının ötürülməsini sürətləndirir və adekvat miqdarda, əksinə, diqqəti cəmləməyə, bəzi işləri tez başa çatdırmağa və imtahanlara hazırlaşmağa kömək edir".
Bundan əlavə, muskat qozu iltihab əleyhinə təsir göstərən və xolesterol səviyyəsini aşağı salan güclü bir antioksidantdır. Bununla belə, ekspert vurğulayıb ki, bəziləri az miqdarda olsa belə, qəti şəkildə muskat qozunu yeməməlidir.
İlk növbədə, bu, artan sinir həyəcanlılığı, yuxusuzluq və nevroloji xəstəlikləri olan insanlara, həmçinin kəskin mərhələdə mədə-bağırsaq traktının və sidik yollarının problemləri olanlara aiddir.
Solomatina qeyd edib ki, muskat qozu iştah açır. Buna görə də, arıqlamaq zamanı, ümumiyyətlə, bütün digər ədviyyatlar kimi ondan istifadə edilməməlidir. Əgər insan çəkisini qoruya bilirsə, o zaman az miqdarda istifadə edə bilər. Bu, onda metabolik prosesləri yaxşılaşdıracaq.
Şərq təbabətində muskat qozundan köpə qarşı vasitə kimi istifadə ediblər. Bu səbəbdən də el dilində onun adı yelcöyüz (yel çıxaran ceviz) adlandırılıb.
Əvvəllər bir sıra araşdırmalar göstərib ki, darçın 2-ci tip diabet xəstələrində xolesterin və qan şəkərini aşağı salmaq qabiliyyətinə malikdir. Təcrübədə iştirak edən könüllülər dörd ay ərzində gündə altı qrama qədər ədviyyat qəbul ediblər. Nəticədə onların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Xəbər lenti
0