https://sputnik.az/20220122/mmunitet-sertifikati-nece-gune-verilecek-azerbaycanda-covid-19-la-bagli-qaydalar-deyisdi-438401983.html
İmmunitet sertifikatı neçə günə veriləcək? Azərbaycanda COVID-19-la bağlı qaydalar dəyişdi
İmmunitet sertifikatı neçə günə veriləcək? Azərbaycanda COVID-19-la bağlı qaydalar dəyişdi
Sputnik Azərbaycan
Baş nazirin qərarı ilə Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişib. 22.01.2022, Sputnik Azərbaycan
2022-01-22T16:50+0400
2022-01-22T16:50+0400
2022-01-22T17:11+0400
azərbaycan xəbərləri
baş nazir
karantin
karantin rejimi
covid-19
əli əsədov
sars-cov-2
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433659524_0:0:3169:1784_1920x0_80_0_0_d0d7ddc0de8fb3cbc55404dcf4d943c0.jpg
BAKI, 22 yanvar - Sputnik. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.Baş nazirin daha bir qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.Baş nazirin qərarı ilə Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişib.Belə ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları”na dəyişiklik edilib. Qərara əsasən, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.Qərarla daha bir bənd ləğv edilib:"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".Qeyd edək ki, beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.Həmçinin oxuyun:Azərbaycanda COVID-19-a yoluxanların karantin müddətində ciddi dəyişiklik - ŞAD XƏBƏR
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433659524_348:0:3079:2048_1920x0_80_0_0_b9c4a1b1df5ce1147e03ef3a9035674d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş nazir, karantin, karantin rejimi, covid-19, əli əsədov, sars-cov-2
baş nazir, karantin, karantin rejimi, covid-19, əli əsədov, sars-cov-2
İmmunitet sertifikatı neçə günə veriləcək? Azərbaycanda COVID-19-la bağlı qaydalar dəyişdi
16:50 22.01.2022 (Yenilənib: 17:11 22.01.2022) Baş nazirin qərarı ilə Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişib.
BAKI, 22 yanvar - Sputnik. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.
Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.
Baş nazirin daha bir qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.
Baş nazirin qərarı ilə Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişib.
Belə ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları”na dəyişiklik edilib. Qərara əsasən, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd ləğv edilib:
"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".
Qeyd edək ki, beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.