Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kriminal Azərbaycan filmi İtaliyada göstəriləcək – VİDEO

© PhotoDurna Çırağı bədii filmindən kadr
Durna Çırağı bədii filmindən kadr - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Tokio Beynəlxalq Kino Festivalından sonra hüquqşünas tələbə haqda filmin müəllifləri italyan tamaşaçılarını fəth etməyi düşünürlər.
BAKI, 22 yanvar – Sputnik. Azərbaycanlı kinorejissor Hilal Baydarovun “Durna çırağı” filmi İtaliyada, Trieste Film kinofestivalında göstəriləcək.
Festivalın müsabiqə proqramları cəmiyyətin xüsusi hissə və problemlərini işıqlandıran orijinal, novator ruhlu filmlərə köklənib. Burada Avropadan 120 peşəkar yarışır. Azərbaycan filmi bu festivalda ilk dəfə göstəriləcək.
Baydarovun filmi dörd qadını oğurladığına görə həbs edilən Davudu axtaran hüquqşünas tələbə Musanın əhvalatından bəhs edir. Musa tezliklə aydınlaşdırır ki, Davudun dörd qurbanından heç biri ona qarşı ittiham irəli sürmək istəmir.
Musanın Davudla görüşü başqasının daxili aləminə səyahətə çevrilir. Qanun ədalətin həqiqi üzüdürmü? Adamların başqa adamlar tərəfindən cəzalandırılması nə qədər düzgündür? – Rejissor filmində bu suallara cavab axtarır.
Louverture Films, Ucqar Film, Estudios Splendor Omnia studiyalarının məhsulu olan “Durna çırağı” 2021-ci ildə çəkilib.
Hilal Baydarov filmin həm rejissoru, həm də ssenaristi, montajçısı, operatoru, eləcə də Elşən AbbasovCoslin Barnsla birlikdə prodüseridir.
Sözügedən filmdə Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsanova, Kamran Hüseynov rol alıblar. Filmdə səslənən musiqinin bəstəkarı Kənan Rüstəmlidir.
2021-ci ilin sonunda film 34-cü Tokio Beynəlxalq Kino Festivalında Best Artistic Contribution (Ən yaxşı bədii həll) kateqoriyasında mükafat alıb.
Trieste Film – Kann, Venesiya və Berlin festivalları ilə bir sırada duran ən nəhəng kino tədbirlərindən hesab olunur. Tokio festivalı isə 1985-ci ildə yaradılıb, hər il oktyabrda keçirilir, müxtəlif ölkələrdən iştirakçılar qəbul edir.
Məlumat üçün bildirək ki, Baydarov kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası "Monreal" festivalında olub. Eyni ildə "Sarayevo" festivalında "Ad günü" filmi ilə iştirak edib və "Docu Talent" mükafatını qazanıb.
2020-ci ildə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya beynəlxalq film festivalında iştirak edib. Rejissorun "Xurmalar yetişən vaxt" filmi də bir sıra festivallarda uğur qazanıb. Sözügedən əsər 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında "Ən yaxşı sənədli film" nominasiyasında qalib olub. Bundan başqa, "Nyon Visions du Reel" Film Festivalında "Dinlərarası mükafat"a və "Münsiflər heyətinin mükafatı"na layiq görülüb. “Xurmalar yetişən vaxt” Misirin İsmailiyyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının "Ən yaxşı sənədli film" nominasiyasında mükafata layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0