Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus nəsilartırma funksiyasına necə təsir edir?

© Pexels PixabayKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Müəlliflər qeyd edirlər ki, vaksinasiya hamiləlik planlaşdıran qadınlara mənfi təsir göstərməyib.
BAKI, 22 yanvar - Sputnik. Boston Universitetinin (ABŞ) alimləri koronavirus infeksiyasının kişilərin nəsilartırma funksiyasına təsir etdiyini aşkarlayıblar.
Tədqiqatın nəticələri American Journal of Epidemiology nəşrində dərc edilib.
"SARS-CoV-2 koronavirus infeksiyası kişilərdə qısa müddətə fertilliyin azalmasına səbəb olur. Vaksinasiya isə nəsilartırma qabiliyyətini nə kişilərdə, nə də qadınlarda azaldır", - tədqiqatda deyilir.
Müəlliflər qeyd edirlər ki, vaksinasiya hamiləlik planlaşdıran qadınlara mənfi təsir göstərməyib.
Alimlərin yekun rəyi belə olub ki, nəsilartırma qabiliyyətinə vaksinlər deyil, məhz SARS-CoV-2 koronavirus infeksiyası mənfi təsir göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Hamiləlik və koronavirus: simptomlar, müalicə, risklər
Xəbər lenti
0