CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Daşdan pul çıxaranlar” Ağstafaçayı yox etmək niyyətindədir? Ekoloji cinayətin fotoları

© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Karxanaların fəaliyyəti nəticəsində Ağstafa çayının yatağı tanınmaz hala düşüb. Ekologiya və təbii sərvətlər Nazirliyi isə sakinləri "yola verir".
BAKI, 22 yanvar — Sputnik. Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilinə yaxın yerləşir. Uzun illər kənd sakinləri çay yatağından heyvanlarını otarılması üçün istifadə ediblər.
Düzdür rəsmi olaraq bu ərazi örüş olmasa da, kəndin başqa otaraq ərazisi olmadığından çay sahilinin yaşıl kənarları heyvandarlıqda onların çox köməyinə çatıb. Lakin son dövrlər karxanaların fəaliyyəti nəticəsində Ağstafaçayın Qarahəsənli kəndi ərazisindən keçən hissəsində çayın ərazisi qazılaraq tanınmaz hala düşüb.
© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar
Qarahəsənli kənd sakini Elsevər Əliyev deyir ki, son iki ilə qədər mal-qaralarını bu ərazidə, Ağstafaçayının sahillərində otarıblar. Sonradan isə burada karxana fəaliyyət göstərdiyindən bu ərazilərdən məhrum olublar. O, karxananın fəaliyyəti nəticəsində ərazinin yararsız vəziyyətə düşdüyünü söyləyib:
© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar
“Bizdə bələdiyyə torpaqları yoxdu. Dədə-babadan həmişə Ağstafa çayının kənarlarında heyvan saxlamışıq. Son 1-2 ildə bu karyerlər, karxanalar bərbad vəziyyətə salıb çayı. Dəfələrlə Ekologiya və təbii sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət eləsək də, bizi həmişə yola veriblər".
"Nazirlikdən deyirlər karxanaların heç bir sənədi yoxdu. Yaxşı, heç bir sənədi yoxdusa bunlar necə işləyir. Qabaqlar bizim kənddə xırda buynuzlu heyvan çox saxlanılırdı. İndi demək olar ki, saxlayan yoxdu. Olan da dam şəraitində saxlamağa məcburdur” - deyə o, bildirib.
Digər sakin Niyazi Babayev bir vaxtlar yamyaşıl olan çay yatağının indi başdan başa qum, çınqıl təpəcikləri, su çuxurları ilə əvəz olunduğunu deyib.
Onun sözlərinə görə çayda suyun çıxışına heç bir axar verilmədiyindən sel gələrsə, kənd camaatının ətrafda olan əkin sahələrinin də su altda qalma təhlükəsi var:
© Sputnik / Ilham Mustafayev
Rafiq Babayev - Sputnik Azərbaycan
1/5
© Sputnik / Ilham Mustafayev
Elsevər Əliyev - Sputnik Azərbaycan
2/5
© Sputnik / Ilham Mustafayev
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar - Sputnik Azərbaycan
3/5
© Sputnik / Ilham Mustafayev
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar - Sputnik Azərbaycan
4/5
© Sputnik / Ilham Mustafayev
Ağstafa rayonunun Qarahəsənli kəndi Ağstafa çayının sahilində karxanalar - Sputnik Azərbaycan
5/5
1/5
2/5
3/5
4/5
5/5
“Bir neçə il bundan qabaq başqa karyer işləyirdi. Çay daşları, xır çayın qabağını kəsmişdi. Sel gələndə də çay səmitini dəyişdi kəndin nə qədər əkin sahələrini yudu apardı. Əvvəl burda istirahət edirdik. Balıq tuturduq. İndi çaya girmək mümkün deyil. Hər yer yalaq yalaqdı. Əvvəl 5 inək saxlayırdım indi 2 inək saxlayıram. Onu yedəyimdə gətirib 20 sot yerimdə oranı ot eləyib ona biçib verirəm”- deyə kənd sakini bildirib.
Sakinlər qazılan yerlərin yenidən doldurularaq çayın əvvəlki vəziyyətə qaytarılmasını istəyirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələ ilə bağlı ərazinin nəzarətə götürüldüyü və çay yatağının əvvəlki vəziyyətə qaytarılması üçün aidiyyatı quruma məcburi göstəriş verildiyi bildirilib.
Xəbər lenti
0