https://sputnik.az/20220122/bakida-amnistiya-aktinin-tetbiq-edildiyi-sexslerin-sayi-aciqlanib-438398557.html
Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb
Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb
Sputnik Azərbaycan
On səkkiz nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə... 22.01.2022, Sputnik Azərbaycan
2022-01-22T14:44+0400
2022-01-22T14:44+0400
2022-01-22T14:44+0400
amnistiya
azərbaycan xəbərləri
bakı
milli məclis
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929189_0:160:3073:1889_1920x0_80_0_0_32cb3a1101eb357f9faccff831602b5f.jpg
BAKI, 22 yanvar — Sputnik. Bakıda 246 nəfər barəsində Amnistiya Aktı tətbiq edilib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.Qeyd olunub ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi 5 noyabr 2021-ci il tarixində "8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Qərar qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929189_171:0:2902:2048_1920x0_80_0_0_e1d21128b512542a8f71f44203394ffa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
amnistiya aktı kimlərə şamil edilib
amnistiya aktı kimlərə şamil edilib
Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb
On səkkiz nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilib.
BAKI, 22 yanvar — Sputnik. Bakıda 246 nəfər barəsində Amnistiya Aktı tətbiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi 5 noyabr 2021-ci il tarixində "8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Qərar qəbul edib.