Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Yeni Klinika"nın sabiq direktoru narazıdır

© Official website of President of Azerbaijan Republic"Yeni Klinika"
Yeni Klinika - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
BAKI, 21 yanvar — Sputnik. "Yeni Klinika" Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov və digərləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov, Samir Mirzəyevin barələrində olan hökmdən apellyasiya şikayəti verilib.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası fevralın 2-nə təyin edilib.
Cinayət işi hakim İlqar Murquzovun icraatına verilib. Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Qeyd edək ki, ittiham aktına əsasən, P.Abbasovun həmin vəzifədə işləyərkən Q.Nəcəfov, V.Əliyeva, Ə.Hüseynov və S.Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Abbasov 8 il 6 ay, "Buta" klinikasında həkim-radioloq işləmiş Q.Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi olmuş Ə.Hüseynov və S.Mirzəyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə "Viola" MMC-nin meneceri V.Əliyevaya isə iki il sınaq müddəti təyin edərək şərti cəza verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0