https://sputnik.az/20220121/veten-muharibesinde-itkin-dusmus-herbcilerin-axtarisi-davam-edir-438373744.html
Vətən müharibəsində itkin düşmüş hərbçilərin axtarışı davam edir
Vətən müharibəsində itkin düşmüş hərbçilərin axtarışı davam edir
Sputnik Azərbaycan
Hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclası keçirib. 21.01.2022, Sputnik Azərbaycan
2022-01-21T17:01+0400
2022-01-21T17:01+0400
2022-01-21T17:01+0400
cəmiyyət
hərbi qulluqçular
hərbçilər
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_0:294:3077:2025_1920x0_80_0_0_4a552a5701e3129610ff461882c49940.jpg
BAKI, 21 yanvar — Sputnik. Döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.O deyib ki, Hərbi Prokurorluğun əməkdaşları Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçilərilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçiriblər: "Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları bu istiqamətdə müntəzəm iş aparıblar. İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır".Bundan başqa, X.Vəliyev amnistiya aktından da danışıb, bildirib ki, 2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində Amnistiya aktı tətbiq edilib.X.Vəliyev deyib ki, bu dövrdə prokurorların iştirakilə hərbi məhkəmələr 81 şəxs barəsində, prokurorluğun prosessual rəhbərliyilə müvafiq qurumlar 114 şəxs barəsində Amnistiya aktı tətbiq ediblər.O, hərbi cinayətlərdən də danışıb, bildirib ki, 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz azalıb.X.Vəliyev qeyd edib ki, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25%, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 20,8%, vəzifə səlahiyyətlərindən sui-istifadə, yaxud vəzifə səlahiyyətlərini aşma 17,6%, qulluğa səhlənkar yanaşma 7,1%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25% azalıb.Xanlar Vəliyev bundan əlavə, qeyd edib ki, ötən il Hərbi Prokurorluğun 6 işçisi xidməti fəaliyyətdə yol verilən nöqsanlara və pozuntulara görə intizam məsuliyyətinə cəlb olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_63:0:2794:2048_1920x0_80_0_0_f95f4777db99e448a4e835a747d79be1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xanlar vəliyev itkin düşən hərbi qulluqçuların axtarışı barədə
xanlar vəliyev itkin düşən hərbi qulluqçuların axtarışı barədə
Vətən müharibəsində itkin düşmüş hərbçilərin axtarışı davam edir
Hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclası keçirib.
BAKI, 21 yanvar — Sputnik. Döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.
O deyib ki, Hərbi Prokurorluğun əməkdaşları Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçilərilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçiriblər:
"Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları bu istiqamətdə müntəzəm iş aparıblar. İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır".
Bundan başqa, X.Vəliyev amnistiya aktından da danışıb, bildirib ki, 2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində Amnistiya aktı tətbiq edilib.
X.Vəliyev deyib ki, bu dövrdə prokurorların iştirakilə hərbi məhkəmələr 81 şəxs barəsində, prokurorluğun prosessual rəhbərliyilə müvafiq qurumlar 114 şəxs barəsində Amnistiya aktı tətbiq ediblər.
O, hərbi cinayətlərdən də danışıb, bildirib ki, 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz azalıb.
X.Vəliyev qeyd edib ki, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25%, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 20,8%, vəzifə səlahiyyətlərindən sui-istifadə, yaxud vəzifə səlahiyyətlərini aşma 17,6%, qulluğa səhlənkar yanaşma 7,1%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25% azalıb.
Xanlar Vəliyev bundan əlavə, qeyd edib ki, ötən il Hərbi Prokurorluğun 6 işçisi xidməti fəaliyyətdə yol verilən nöqsanlara və pozuntulara görə intizam məsuliyyətinə cəlb olunub.