https://sputnik.az/20220121/serqin-negmekar-qadininin-dogum-gunudur---vdeo-438372804.html
Şərqin nəğməkar qadınının doğum günüdür - VİDEO
Şərqin nəğməkar qadınının doğum günüdür - VİDEO
Sputnik Azərbaycan
Oğul itkisini ondan 40 gün gizlətmişdilər. Öyrəndikdən sonra isə artıq yaradıcılıqla məşğul ola bilmədi. 21.01.2022, Sputnik Azərbaycan
2022-01-21T19:48+0400
2022-01-21T19:48+0400
2022-01-21T19:48+0400
qadın
mədəniyyət
bəstəkar
şəfiqə axundova
video görüntü
https://cdnn1.img.sputnik.az/img/40656/70/406567028_0:0:1200:675_1920x0_80_0_0_dde95ba79004e692b5b280ab6f84eefe.jpg
BAKI, 21 yanvar — Sputnik. Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb.Üzeyir bəyin xeyir-duası ilə başlayan peşəkar sənət yolu...Şəfiqə Axundovanın istedadını görən Üzeyir bəy onu ilk musiqi savadı almaq üçün Hacı Xanməmmədovun tar sinfinə göndərir. Şəfiqə Axundova bir il Hacı Xanməmmədovdan, sonra isə Ağabacı Rzayevadan tar dərsi alır. Hacı Xanməmmədov və Ağabacı Rzayeva ona tarın ifasını və sirrlərini öyrədir, eyni zamanda, Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsi üzrə dərs alır. Gənc Şəfiqənin yeganə amalı musiqiçi olmaq və bütün ömrünü məhz bu sənətə həsr etmək idi. Bu yolda qarşısına çıxan bütün çətinliklərə sinə gərdi, keşməkeşli bir ömür yaşaya-yaşaya sənət dünyasında zirvələr fəth eləyərək xalqın sevimlisinə çevrildi.Şəfiqə Axundova musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsi üzrə hazırlıq kursuna, bir ildən sonra isə həmin fakultədə professor Boris Isakoviç Zeydmanın sinfinə daxil olur.Konservatoriyada oxuduğu illər Şəfiqə Axudova bir çox instrumental əsərlər, mahnı və romanslar yazır. Onlardan Nizami Gəncəvinin sözlərinə "Nə gözəl" və "Cahanda", Məhəmməd Füzulinin sözlərinə "Fəqan etmək idim" romansları, "Zəfər marşı", "Zəfər bizimdir", "Ana Vətən" mahnılarının və s. musiqilərin adını çəkə bilərik. Şəfiqə xanımın yaradıcılığında hərbi vətənpərvərlik mövzusu, o cümlədən, vətən nəğmələri geniş yer tutur. Bu da təbiidir. Çünki onun yaradıcılığa gəldiyi ilk dövrlər Böyük Vətən müharibəsi (1941-1945) illərinə təsadüf edib.Bəstəkar müxtəlif janrlarında yazıb yaradırdı. Xırda intrumental əsərlərdən tutmuş iri həcmli opera, operetta kimi musiqi janrları, onlarla teatr tamaşalarına bəstələdiyi musiqi bəstəkarın yaradıcılığının əsas qayəsini təşkil etdi. Bəstəkar mahnı yazmaqla kifayətlənməyib, mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də 600-dən artıq mahnının ("Leyla", "Bəxtiyar ellər", "Həsrətindən", "Nədən oldu" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.Sənətdə ən böyük uğurları əldə edən sənətkarın taleyi uğursuz olubŞəfiqə Axundovanın gözünün ağı-qarası oğlu Taleh Hacıyev uzun sürən xəstəlikdən sonra 2008-ci ildə dünyasını dəyişdi, ondan 5 il sonra isə məşhur anası dünyadan köçdü. Müxtəlif illərdə dünyalarını dəyişsələr də, anım günləri eynidir - 26 iyul. Qeyd edək ki, Taleh Hacıyev pianoçu idi, anasının musiqilərini ifa edib. Oğlunun ölümü 40 gün bəstəkardan gizlədildi. Amma 40-cı gün bunu gizlətmək artıq mümkün olmadı və Şəfiqə Axundova oğlunun ölümündən xəbər tutdu. Beləliklə də bəstəkar ömrünün ahıl çağında ən dəhşətli, kədərli anlarını yaşamalı oldu. Oğul itkisindən beli bükülən Şəfiqə Axundova artıq yaradıcılıqla məşğul ola bilmədi.Şəfiqə Axundova 26 iyul 2013-cü ildə vəfat edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40656/70/406567028_300:0:1200:675_1920x0_80_0_0_7b42bbcf542ff37f09400fdefa6b101b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şərqin nəğməkar və istedadlı qadını: şəfiqə axundova - video
şərqin nəğməkar və istedadlı qadını: şəfiqə axundova - video
Şərqin nəğməkar qadınının doğum günüdür - VİDEO
Oğul itkisini ondan 40 gün gizlətmişdilər. Öyrəndikdən sonra isə artıq yaradıcılıqla məşğul ola bilmədi.
BAKI, 21 yanvar — Sputnik. Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb.
Üzeyir bəyin xeyir-duası ilə başlayan peşəkar sənət yolu...
Şəfiqə Axundovanın istedadını görən Üzeyir bəy onu ilk musiqi savadı almaq üçün Hacı Xanməmmədovun tar sinfinə göndərir. Şəfiqə Axundova bir il Hacı Xanməmmədovdan, sonra isə Ağabacı Rzayevadan tar dərsi alır. Hacı Xanməmmədov və Ağabacı Rzayeva ona tarın ifasını və sirrlərini öyrədir, eyni zamanda, Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsi üzrə dərs alır. Gənc Şəfiqənin yeganə amalı musiqiçi olmaq və bütün ömrünü məhz bu sənətə həsr etmək idi. Bu yolda qarşısına çıxan bütün çətinliklərə sinə gərdi, keşməkeşli bir ömür yaşaya-yaşaya sənət dünyasında zirvələr fəth eləyərək xalqın sevimlisinə çevrildi.
Şəfiqə Axundova musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsi üzrə hazırlıq kursuna, bir ildən sonra isə həmin fakultədə professor Boris Isakoviç Zeydmanın sinfinə daxil olur.
Konservatoriyada oxuduğu illər Şəfiqə Axudova bir çox instrumental əsərlər, mahnı və romanslar yazır. Onlardan Nizami Gəncəvinin sözlərinə "Nə gözəl" və "Cahanda", Məhəmməd Füzulinin sözlərinə "Fəqan etmək idim" romansları, "Zəfər marşı", "Zəfər bizimdir", "Ana Vətən" mahnılarının və s. musiqilərin adını çəkə bilərik. Şəfiqə xanımın yaradıcılığında hərbi vətənpərvərlik mövzusu, o cümlədən, vətən nəğmələri geniş yer tutur. Bu da təbiidir. Çünki onun yaradıcılığa gəldiyi ilk dövrlər Böyük Vətən müharibəsi (1941-1945) illərinə təsadüf edib.
Bəstəkar müxtəlif janrlarında yazıb yaradırdı. Xırda intrumental əsərlərdən tutmuş iri həcmli opera, operetta kimi musiqi janrları, onlarla teatr tamaşalarına bəstələdiyi musiqi bəstəkarın yaradıcılığının əsas qayəsini təşkil etdi. Bəstəkar mahnı yazmaqla kifayətlənməyib, mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də 600-dən artıq mahnının ("Leyla", "Bəxtiyar ellər", "Həsrətindən", "Nədən oldu" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.
1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
Sənətdə ən böyük uğurları əldə edən sənətkarın taleyi uğursuz olub
Şəfiqə Axundovanın gözünün ağı-qarası oğlu Taleh Hacıyev uzun sürən xəstəlikdən sonra 2008-ci ildə dünyasını dəyişdi, ondan 5 il sonra isə məşhur anası dünyadan köçdü. Müxtəlif illərdə dünyalarını dəyişsələr də, anım günləri eynidir - 26 iyul. Qeyd edək ki, Taleh Hacıyev pianoçu idi, anasının musiqilərini ifa edib.
Oğlunun ölümü 40 gün bəstəkardan gizlədildi. Amma 40-cı gün bunu gizlətmək artıq mümkün olmadı və Şəfiqə Axundova oğlunun ölümündən xəbər tutdu. Beləliklə də bəstəkar ömrünün ahıl çağında ən dəhşətli, kədərli anlarını yaşamalı oldu. Oğul itkisindən beli bükülən Şəfiqə Axundova artıq yaradıcılıqla məşğul ola bilmədi.
Şəfiqə Axundova 26 iyul 2013-cü ildə vəfat edib.