Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işə başlamağa çağırırıq

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
2021-ci il noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında atəşkəs bəyanatının imzalanmasının ildönümünə dair üçtərəfli danışıqlar keçirilib.
BAKI, 21 yanvar - Sputnik. Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə işə mümkün qədər tez başlamağa çağırır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında medianın suallarına cümə günü cavab verərkən deyib.
"Biz Azərbaycan və Ermənistan sərhədində, təəssüf ki, vaxtaşırı baş verən silah tətbiqi ilə insidentlərin, insan tələfatı olan vəziyyətin nizamlanması üçün ardıcıl səylər göstəririk. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya, onun ardınca isə biz bu prosesdə Bakı və İrəvana məşvərətçi yardım göstərməyə hazırıq”, - deyə nazirliyin məlumatında nazirin sözləri qeyd olunub.
Daha sonra qeyd olunur ki, Rusiya da məhbusların qaytarılması problemində fəal iştirak edir. Xatırladaq ki, 2020-ci il dekabrın 2-dən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 məhbus geri qaytarılıb: 127-si Ermənistan tərəfinə, 19-u isə Azərbaycan tərəfinə”, - deyə məlumatda bildirilir.
2021-ci il noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında atəşkəs bəyanatının imzalanmasının ildönümünə və Qarabağ zonasında bütün hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli danışıqlar keçirilib.
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazla bağlı nə danışıblar?
Putin-Rəisi görüşü: Kreml mövzuları açıqladı
Rusiya-İran əməkdaşlıq təcrübəsi bundan sonra da tətbiq oluna bilər - Rəisi
Xəbər lenti
0