Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Omikron ştammının əlamətləri necədir?Gerçəklər məşhur həkimin dilindən

© AFP 2023 / SIMON MAINACovid
Covid - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Myasniko deyir ki, insanların əksəriyyəti bu və ya digər formada sürətlə yayılan koronavirusun "Omikron" ştammı ilə xəstələnəcək, ancaq bütün hallarda təcili yardım çağırışı tələb olunmur.
BAKI, 21 yanvar — Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov dərhal həkimə müraciət etməyi tələb edən koronavirus infeksiyasının əlamətlərini sadalayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında qeyd edib.
Həkimin fikrincə, insanların əksəriyyəti bu və ya digər formada sürətlə yayılan koronavirusun "Omikron" ştammı ilə xəstələnəcək, ancaq bütün hallarda təcili yardım çağırışı tələb olunmur.
"Biz bir qayda olaraq, kəskin respirator virus infeksiyaları ilə həkimə müraciət etmirik və bunu düzgün edirik, çünki yüngül virus infeksiyası öz-özünə keçir. COVID-19-un əvvəlki ştammları olan hallarının 90%-i və həmçinin "Omikron" ştammı kimi", - deyə Myasnikov izah edib.
Buna baxmayaraq, mütəxəssis üç halda həkim çağırmağı gecikdirməməyi tələb edib: istirahət və ya minimal idmanla məşğul olan zaman nəfəs darlığı baş verdikdə; 38 dərəcədən yuxarı yüksək temperatur olduqda; pulsometrin göstəricisi 94%-dən aşağı olduqda.
Bundan əlavə, Myasnikov COVID-19-un yüngül və orta-ağır vəziyyəti halında bəzi dərmanların müstəqil qəbul edilməsinin təhlükəsi barədə xəbərdarlıq edib. Söhbət antibiotiklərdən, steroid hormonlardan və qan durulaşdıran dərmanlardan gedir. Onlar xüsusi göstərişlər üçün yalnız həkim tərəfindən fərdi olaraq təyin edilir.
"Omikron" ştammı və ya B.1.1.529 Botsvana və Cənubi Afrikada noyabr ayında aşkar edilib. Mütəxəssislərin fikrincə, artıq xəstələnmiş və peyvənd edilmiş şəxslər də bu virusa yoluxa bilərlər. Yeni variant artıq 100-dən çox ölkədə, o cümlədən Rusiyada da müəyyən edilib. O, əvvəlki "Delta" ştammından daha sürətli yayılır və üstünlük təşkil edir.
“Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd edib ki, "Omikron"un yoluxuculuğu əvvəlki ştammlarla müqayisədə 3-7 dəfə yüksəkdir. İnkubasiya müddəti isə iki-beş günə endirilib.
Xəbər lenti
0