https://sputnik.az/20220121/mollaya-hokm-oxundu-438360159.html
Mollaya hökm oxundu
Mollaya hökm oxundu
Sputnik Azərbaycan
M.Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 21.01.2022, Sputnik Azərbaycan
2022-01-21T11:59+0400
2022-01-21T11:59+0400
2022-01-21T11:59+0400
molla
azərbaycan xəbərləri
lənkəran
hökm
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424864852_0:0:3025:1702_1920x0_80_0_0_f6815a08869c2fa7d7d70c297fe505f2.jpg
BAKI, 21 yanvar — Sputnik. Lerikdə qadını qətlə yetirməkdə təqsirləndirilən molla Əsgərov Murad Gülbaba oğluna hökm oxunub və o, 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.Qeyd edək ki, hadisə 2021-ci ilin aprelin 28-də rayonun Barzavu kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü M.Əsgərov həmkəndlisi, 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızını qətlə yetirib.M.Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham irəli sürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Yalançı mollalar, pedofil keşişlər, viruslu Facebook və etirafçı baş nazirSizi aldatmaq üçün üç söz kifayət edir, yaxud pul tələsindən qaçmağın yollarıAzərbaycanda uşaqlar əsasən hansı saytlara daxil olurlar – AraşdırmaÜç ay ərzində on minə yaxın elektron poçt ünvanına məqsədli şəkildə hücum edilibQlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424864852_0:0:2729:2047_1920x0_80_0_0_c009047175ab35fecf8dbd59f9930177.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
molla, lənkəran, hökm
Mollaya hökm oxundu
M.Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
BAKI, 21 yanvar — Sputnik. Lerikdə qadını qətlə yetirməkdə təqsirləndirilən molla
Əsgərov Murad Gülbaba oğluna hökm oxunub və o, 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bu barədə hökm
Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2021-ci ilin aprelin 28-də rayonun Barzavu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü M.Əsgərov həmkəndlisi, 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızını qətlə yetirib.
M.Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham irəli sürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir