https://sputnik.az/20220121/meiset-zemininde-psixi-zorakiliq-toredenlerle-bagli-ceza-sertlesir-438381602.html
Məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəza sərtləşir
Məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəza sərtləşir
Sputnik Azərbaycan
Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyi pozanlar həbs ediləcəklər. 21.01.2022, Sputnik Azərbaycan
2022-01-21T20:51+0400
2022-01-21T20:51+0400
2022-01-21T20:51+0400
zorakılıq
azərbaycan xəbərləri
cəza
məişət zorakılığı
https://cdnn1.img.sputnik.az/img/41148/19/411481984_76:0:2000:1082_1920x0_80_0_0_4070b5566116fd0ffba7a893a89db9c1.jpg
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir.Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə dəyişiklik təklif olunur.Dəyişikliklə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya 60 saat ictimai işlər və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 3 ayadək inzibati həbs tətbiq ediləcək.Məcəllənin hazırkı bəndi isə belədir: "Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir".Qeyd edək ki, dekabrın 27-də Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) məsələ müzakirəyə çıxarılıb.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı parlament üzvlərinə Komitənin sədri Bahar Muradova təqdim edib.İllik məlumat müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.Həmçinni Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyi pozanlar həbs ediləcəklər.Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) təklif olunan dəyişikliyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gün müddətinədək inzibati həbs tətbiq ediləcək.Qeyd edək ki, Məcəllənin hazırkı 158.1-ci bəndi belədir: Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41148/19/411481984_465:0:1908:1082_1920x0_80_0_0_0ae980e78d82ba2c6ec56aecee30297f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zorakılıq, cəza, məişət zorakılığı
zorakılıq, cəza, məişət zorakılığı
Məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəza sərtləşir
Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyi pozanlar həbs ediləcəklər.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya 60 saat ictimai işlər və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 3 ayadək inzibati həbs tətbiq ediləcək.
Məcəllənin hazırkı bəndi isə belədir: "Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir".
Qeyd edək ki, dekabrın 27-də Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) məsələ müzakirəyə çıxarılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı parlament üzvlərinə Komitənin sədri Bahar Muradova təqdim edib.
İllik məlumat müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Həmçinni Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyi pozanlar həbs ediləcəklər.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) təklif olunan dəyişikliyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gün müddətinədək inzibati həbs tətbiq ediləcək.
Qeyd edək ki, Məcəllənin hazırkı 158.1-ci bəndi belədir: Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.