Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dağıdılan məktəblərin qiymətləndirilməsi aparılır

© Photo : Courtesy of Nigar IskanderovaAğdamda məktəb
Ağdamda məktəb - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Dövlət proqramı çərçivəsində növbəti ilin büdcəsində həmin məktəblər də nəzərə alınacaq.
BAKI, 21 yanvar — Sputnik. Gəncə şəhərində 9 və 11 nömrəli məktəblərin qiymətləndirilməsi aparılır.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Muxtar Məmmədov deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncədə mülki əhaliyə qarşı raket zərbələri endirilib: “Bu zaman təhsil infrastrukturuna da ciddi ziyan dəyib. Müvafiq qurumlarla birlikdə onların qiymətləndirilməsi aparılır. Çünki burada yalnız məktəblərə ziyan dəyməyib. Dövlət proqramı çərçivəsində növbəti ilin büdcəsində həmin məktəblər də nəzərə alınacaq”.
Xatırladaq ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01.00 radələrində Ermənistan ərazisindən atılan raketlər nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Həmçinin ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0