https://sputnik.az/20220121/bos-qalan-deputat-yerlerinin-aqibeti-nece-olacaq-msk-sedrinden-aciqlama-438340649.html
Boş qalan deputat yerlərinin aqibəti necə olacaq? MSK sədrindən açıqlama
Boş qalan deputat yerlərinin aqibəti necə olacaq? MSK sədrindən açıqlama
Sputnik Azərbaycan
Məzahir Pənahov deyib ki, təkrar seçkilərlə bağlı müvafiq dairə seçki komissiyaları yenidən formalaşdırılır. 21.01.2022, Sputnik Azərbaycan
2022-01-21T08:44+0400
2022-01-21T08:44+0400
2022-01-21T08:44+0400
msk
azərbaycan xəbərləri
mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov
məzahir pənahov
https://cdnn1.img.sputnik.az/img/41433/84/414338441_0:78:1500:922_1920x0_80_0_0_e39ab68c8009cffe93781ae8fde2f6ac.jpg
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda deputat olmayan seçki dairələrinə təkrar seçki keçirilməsinə hazırlıq gedir.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, təkrar seçkilərlə bağlı müvafiq dairə seçki komissiyaları yenidən formalaşdırılır.Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçirləcəyinə gəlincə M.Pənahov söyləyib: "Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".Qeyd edək ki, Milli Məclisdə beş deputat yeri boşdur.Xatırladaq ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Ötən ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən, Eldəniz Səlimovun həbsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41433/84/414338441_84:0:1417:1000_1920x0_80_0_0_cceb6f27fa537b4488f61b984bcdea58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda bu il parlament seçkiləri olacaq
azərbaycanda bu il parlament seçkiləri olacaq
Boş qalan deputat yerlərinin aqibəti necə olacaq? MSK sədrindən açıqlama
Məzahir Pənahov deyib ki, təkrar seçkilərlə bağlı müvafiq dairə seçki komissiyaları yenidən formalaşdırılır.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda deputat olmayan seçki dairələrinə təkrar seçki keçirilməsinə hazırlıq gedir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, təkrar seçkilərlə bağlı müvafiq dairə seçki komissiyaları yenidən formalaşdırılır.
Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçirləcəyinə gəlincə M.Pənahov söyləyib: "Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".
Qeyd edək ki, Milli Məclisdə beş deputat yeri boşdur.
Xatırladaq ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.
Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Ötən ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən, Eldəniz Səlimovun həbsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib.