Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Belə xəstələr evdə təhsil almalıdırlar - Ağır xəstəliklə bağlı Azərbaycandakı durum

© Sputnik / Murad OrujovAşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il
Aşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Xəstələrin respublika ərazisində yayılma tezliyi Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunu əhatə edir.
BAKI, 21 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssisi Azərbaycanda hemofiliya xəstələri ilə bağlı durumu qiymətləndirib.
Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, E.Qədimova bildirib ki, hazırda Azərbaycanda 1737 nəfər qeydiyyata alınan hemofiliya xəstəsi var:
"Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin stasionar və ambulator şəraitdə müalicə alırlar. Xəstələrin respublika ərazisində yayılma tezliyi Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunu əhatə edir. Hemofiliya irsi genetik xəstəlik olduğu üçün, daima müşahidə olunan qanaxma və qansızmalar əvəzedici terapiya ilə müalicə olunur. Buna görə bu xəstələrin daimi əlillik və ölüm riski ola bilər".
O bildirib ki, prenatal diaqnostika vasitəsi ilə (molekulyar genetik müayinə) dölün sağlamlıqı haqqında məlumat almaq olar. Hemofiliyalı qadın əvəzedici terapiya (VIII, IX, Villebrand faktor preparatları) fonunda dünyaya övlad gətirə bilər. Elmi-Praktiki Hemofiliya Mərkəzində hər il orta hesabla 4-5 xəstə qadın ana olur.
Ekspert hemofiliyanın əsas klinik əlamətləri haqqında da məlumat verib: "Hemofiliyanın əsas klinik əlaməti hematom tipli qanaxmalardır. Qanaxmalar bir çox hallarda travmalar nəticəsində əmələ gəlir və adətən dərhal deyil, travmadan bir neçə saat (1-5 saat) sonra müşahidə edilir. Gecikmiş qanaxmalar xəstəliyin xarakter simptomlarındandır. Bəzən bir neçə gün keçdikdən sonra da qanaxmalar ola bilər".
O, xəstəliyin irsi xarakter daşıdığını bildirərək zəruri məqamlara toxunub, qeyd edib ki, hemofiliya xəstəliyinin nəslə ötürülməsinin üç variantı mövcuddur: "Ana sağlam ata hemofiliyalı xəstə olduqda doğulan oğlan uşaqlarının hamısı sağlam, qızların hamısı isə ötürücü olurlar. Ata sağlam ana daşıyıcı olduqda oğlan uşaqları 50% ehtimalı ilə həm sağlam, həm xəstə, qız uşaqları 50% ötürücü və sağlam ola bilərlər. Ata hemofiliyalı xəstə ana daşıyıcı olduqda xəstə və sağlam oğlanlarla yanaşı, qızların bir qismi daşıyıcı, bir qismi isə hemofiliyalı xəstə ola bilərlər".
Həkim qadağalardan da söz açıb, bildirib ki, hemofiliyalı xəstələrə tərkibində qan duruldan maddələr olan dərman preparatlarının (aspirin, parasetamol, iltihab əleyhinə qeyri-steroid dərman preparatları) qəbulu və əzələdaxili inyeksiyalar qadağandır.
Ondan başqa, ağır fiziki yüklənmə, bəzi idman növləri (futbol, basketbol, güləş, boks və s.) qadağandır:

"Ağır formalı hemofiliyalı xəstələrin orta təhsilini ev şəraitində almaqları məqsədəuyğundur. Əgər xəstə travma almışsa, dərhal travma yerinə buz qoymalı, faktor konsentratı vena daxilinə yeridilməlidir. Erkən yaşlı uşaqlar itiuclu, sərt oyuncaqlardan uzaq tutulmalı, uşaq oynayan məkan yumşaq döşənilməlidir".

Qeyd edək ki, hemofiliya qanın laxtalanmasının pozulması ilə müşahidə olunan irsi xəstəlikdir. Faktor VIII çatışmazlığı hemofiliya A və ya klassik hemofiliya, IX faktorun çatışmazlığı isə hemofiliya B, həmçinin Kristmas xəstəliyi də adlanır. Hemofiliya resessiv əlamətlərlə ötürülən irsi koaqulopatiya olaraq müxtəlif qanaxma və qansızmalarla müşahidə edilir. Hemofiliyaya "Viktoriya" və ya "kral" xəstəliyi də deyilir. Belə ki, bu xəstəliyin ən məşhur daşıyıcısı Britaniya kraliçası Viktoriya idi.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hemofiliya A hər 10 min nəfər kişi cinsinin 1 nəfərində, hemofiliya B isə hər 50 min nəfər kişi cinsinin 1 nəfərində təsadüf edilir. Hesablamalara görə, yer kürəsində təxminən 400 minə yaxın insan hemofiliyanın ağır dərəcəsi ilə xəstədir. Tədqiqatların nəticələri isə göstərir ki, son 30 ildə bu xəstələrin sayı durmadan artmaq üzrədir. Buna səbəb diaqnostikanın yaxşılaşması, əvəzedici terapiyanın geniş sürətdə tətbiqi və nəticə etibarı ilə xəstələrin ömürlərinin uzanmasıdır.
Xəbər lenti
0