Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Eskalatorun pilləkənləri arasında qalan uşaqla bağlı son durum - VİDEO - FOTO

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalaraq, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb
BAKI, 21 yanvar — Sputnik. Bakıda ayağı eskalatorun pilləkənləri arasında qalan uşaq xilas edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumat əsasında hadisə yerinə operativ olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalaraq, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər.
Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bu il Bakı metrosunda yeni nələr olacaq
Bakı metrosunda təmir: deponun park və dalan yollarında ağac şpalları sökürlər
Xəbər lenti
0